Ana səhifə / Cəmiyyət / Avstriyada yaşayan Qarabağ qazisi və türk iş adamı təltif olunub – FOTOLAR

Avstriyada yaşayan Qarabağ qazisi və türk iş adamı təltif olunub – FOTOLAR

Avstriyanın Salzburq şəhərində yerləşən Azərbaycan Evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov açıb. O, 44 günlük Zəfərlə nəticələnən tarixi qələbədən bəhs edib. Xalqımızın bir yumruq kimi Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında birləşərək Vətənin bütövlüyünü bərpa etməsindən danışıb. Vətən Müharibəsində canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan həqiqətlərinin Avstriya ictimaiyyətinə çatdırılması və 2021-ci ildə diaspor quruculuğu işlərində göstərdiyi xüsusi fəallığa görə bir qrup fəal, Türkiyə Respublikasının vətəndaşı təşəkkürnamə ilə təltif olunub.

Təltif edilənlər arasında Avstriyada fəaliyyət göstərən psixoloq Nərmin Xanalızadə, birinci Qarabağ müharibəsi iştirakçısı, qazi Ramiz Məmmədov, türkiyəli iş adamı Durmuş Aydəmir də var.

Mükafatlandırılan şəxslər təltif edilmələrinin onlar üçün böyük mənəvi stimul olduğunu söyləyiblər.

Ad – 00:09ƏTRAFLIBosch Home

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …