Ana səhifə / Araşdırma / Avropa Oyunları ərəfəsində ifşa olunmuş təxribat planları…

Avropa Oyunları ərəfəsində ifşa olunmuş təxribat planları…

Fərəc Quliyev: “Mən inanmıram ki, hansısa böyük bir təxribatdan söz gedə bilər”

Arzu Nağıyev: “Konkret məlumata malik olmadığım səbəbindən…”

Avropa Oyunları uğurla başa çatdı. Bu, eyni zamanda, ölkəmiz üçün böyük məsuliyyətin daşınması anlamına gəlirdi. Bir çox parametrlərə görə Azərbaycan çətin sınaqdan yaxşı adlaya bildi. Məlum olduğu kimi, Oyunların Azərbaycan kimi o qədər də böyük olmayan bir ölkədə keçirilməsinə qısqanc yanaşanlar da az deyildi.
Hətta açıq təhdidlər də eşidilirdi. Edilən boykot çağırışlarının da heç bir xeyri olmadı. Azərbaycan geostrateji cəhətdən bir sıra iri dövlətlərin maraqlarının kəsişdiyi coğrafiyada yerləşir. Bunun nəticəsində də biz müəyyən təzyiqləri üzərimizə götürməli oluruq. Bi faktı da qeyd edək ki, gənc olmasına baxmayaraq, artıq Azərbaycanın bu sarıdan zəngin təcrübəsi də yaranıb. Yaxın illərdə keçirilən “Eurovision” yarışması dövründə yaşananların bir çoxunu biz Avropa Oyunları ərəfəsində hiss etdik. Təbiidir ki, bu cür böyük yarışlara ev sahibliyi edərkən başlıca faktor təhlükəsizliyin təminatıdır. İctimaiyyət arasında bəzi söhbətlər dolaşır və bildirilir ki, Avropa Oyunları ərəfəsində hüquq-mühafizə orqanları tərəfindən bəzi təxribatların qarşısı alınıb. Deyilənə görə, ola bilsin ki, bu barədə ictimaiyyətə ətraflı məlumatlar veriləcək.
Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Oyunlar dövründə Azərbaycan hüquq-mühafizə orqanları daha mobil və operativ təsir bağışlayıb: “Mən inanmıram ki, hansısa böyük bir təxribatdan söz gedə bilər. Üünki bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil edilmişdi. Təxribata yönəlik kiçik cəhdlərdən danışıla bilər ki, bunun da hansı istiqamətdə olması barədə daha ətraflı məlumatı elə həmin qurumlar verə bilər. Bu barədə konkret nəsə söyləyə bilmərəm. Belə hadisələr baş veribsə, ətraflı məlumat veriləcək”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev hansısa əməliyyatların aparıla biləcəyini istisna etmir: “Ancaq konkret məlumata malik olmadığım səbəbindən bu barədə heç nə deyə bilmərəm”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın