Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Avropa multikulturalizmin Azərbaycan modelindən faydalana bilər” – Əhməd Şahidov ATƏT-də çıxış edib (Video)

“Avropa multikulturalizmin Azərbaycan modelindən faydalana bilər” – Əhməd Şahidov ATƏT-də çıxış edib (Video)

Sentyabrın 26-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəal şəxslər iştirak ediblər.

“Dözümsüzlük və diskriminasiya” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd ŞahidovAzərbaycanda tarix boyu mövcud olan multikulturalizm ənənələri barədə danışıb. Azərbaycanda çoxsaylı xalqların birgə yaşadığını diqqətə çatdıran hüquq müdafiəçisi 2016-cı ilin ölkədə“Multikulturalizm ili” elan olunduğunu bildirib və bu istiqamətdə həyata keçirilən işlərdən danışıb. Hazırda Azərbaycanda 30 minə yaxın erməninin rahat şəkildə yaşadığını diqqətə çatdıran ADİHİ rəhbəri Əhməd Şahidov Ermənistanın başlatdığı müharibədən söz açıb və etnik təmizləməyə məruz qalan 1 milyon azərbaycanlı qaçqının öz dədə-baba torpaqlarından qovulduğunu bildirib.

Dini müstəvidə də dözümlülüyün hökm sürdüyünü qeyd edən hüquq müdafiəçisi Azərbaycanı bu sahədə nadir ölkələrdən biri kimi təqdim edib və Bakıda 1 km radiusda həm məscid, həm kilsə, həm də sinaqoqun maneəsiz fəaliyyət göstərdiyini vurğulayıb. Multikulturalizmin Azərbaycan modelinin bütün Avropa üçün faydalı ola biləcəyini bildirən hüquq müdafiəçisi bu təcrübədən yararlanmağın Avropada sülh və əmin-amanlığın bərqərar olmasına gətirib çıxaracağını da deyib.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın