Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Avropa İttifaqı dönər və şaurmanı qadağan etmək istəyir

Avropa İttifaqı dönər və şaurmanı qadağan etmək istəyir

Avropa İttifaqı (Aİ) dönər və şaurmanı, o cümlədən dönər və şaurmanın ətinə əlavə edilən fosfatların istifadəsini qadağan etmək niyyətindədir.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Aİ-nin əsaslandığı araşdırmalara əsasən, fosfatlardan istifadə ilə ürək-damar xəstəliklərinin ortaya çıxması arasında mümkün əlaqə təsbit edilib.
Öz növbəsində, dönərin hazırlandığı küçə kafelərinin sahibləri Aİ rəhbərliyinə qarşı ittihamlar irəli sürüblər. Onlar dönər-kabab və şaurmanı ən çox Türkiyədən olan immiqrantların hazırldığını bildirərək bu məsələdə ayrı-seçkilik olduğunu iddia ediblər. Aİ daxilində bu qida xüsusilə Almaniyada məşhurdur.
Qeyd edilir ki, fosfatlar ətə dad qatmaq üçün əlavə olunur.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …