Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Av­ro­it­ti­faq Su­ri­ya­dan Er­mə­nis­ta­na ke­çən ter­ror­çu­la­ra üç mil­yon av­ro ayır­dı

Av­ro­it­ti­faq Su­ri­ya­dan Er­mə­nis­ta­na ke­çən ter­ror­çu­la­ra üç mil­yon av­ro ayır­dı

“Yə­qin ki, Aİ-nin son jes­tin­dən son­ra er­mə­ni qaç­qı­nı adı ilə da­ha çox ter­ror­çu­nun iş­ğal al­tın­da­kı tor­paq­la­ra yer­ləş­di­ril­mə­si da­vam et­di­ri­lə­cək”

Və­fa Hey­dər­li: “Aİ-nin hə­min qə­ra­rı pis­lən­mə­li və ona kəs­kin eti­raz bil­di­ril­mə­li­dir”

Av­ro­pa İt­ti­fa­qı (Aİ) Li­van, İor­da­ni­ya və Tür­ki­yə­də sı­ğı­na­caq ta­pan su­ri­ya­lı qaç­qın­la­ra kö­mək məq­sə­di­lə 275 mil­yon av­ro ayı­rıb. Bey­nəl­xalq Qaç­qın­lar Gü­nü mü­na­si­bə­ti­lə ay­rı­lan ia­nə hə­min öl­kə­lə­rə və təş­ki­lat­la­ra min­lər­lə uşaq və gən­cin təh­sil, pe­şə ha­zır­lı­ğı və psi­xo­lo­ji yar­dı­mı üçün nə­zər­də tu­tu­lub.
Mə­lu­ma­ta gö­rə, ümu­mi­lik­də in­di­yə qə­dər Aİ-nin bu is­ti­qa­mət­də ayır­dı­ğı ma­liy­yə və­sai­ti­nin həc­mi yüz­lər­lə mil­yon av­ro təş­kil edib. Ən ma­raq­lı­sı isə bu­dur ki, bu la­yi­hə çər­çi­və­sin­də Su­ri­ya­dan Er­mə­nis­ta­na kö­çən er­mə­ni­lər üçün də 3 mil­yon av­ro və­sa­it ay­rı­lıb. Er­mə­nis­tan rəs­mi­lə­ri­nin ver­di­yi mə­lu­ma­ta gö­rə, ha­zır­da Su­ri­ya­dan Er­mə­nis­ta­na 22 min adam kö­çüb ki, on­la­rın da ək­sə­riy­yə­ti və­tən­daş­lıq alıb. Doğ­ru­su, Av­ro­pa İt­ti­fa­qı­nın er­mə­ni­lə­rə yö­nə­lik bu ad­dı­mı heç cür ba­şa­dü­şü­lən de­yil. Çün­ki bir çox tək­zi­bo­lun­maz mə­lu­mat­la­ra gö­rə, Su­ri­ya­dan Er­mə­nis­ta­na kö­çü­rü­lən ai­lə­lə­rin ço­xu iş­ğal al­tın­da sax­la­nan Azər­bay­can əra­zi­lə­ri­nə yer­ləş­di­ri­lib. Hət­ta on­la­rın ara­sın­da çox­lu say­da ter­ro­ris­tin ol­du­ğu da qeyd edi­lir. Bu ya­xın­lar­da İran­da sil­si­lə ter­ror akt­la­rı tö­rə­dən­lə­rin də Er­mə­nis­tan va­si­tə­si­lə hə­min öl­kə­yə keç­di­yi qeyd olun­du. Be­lə olan təq­dir­də fəa­liy­yət növ­lə­ri bi­lin­mə­yən, ter­ror­la əla­qə­li ol­ma­la­rı şüb­hə do­ğur­ma­yan bir kon­tin­gen­ti er­mə­ni qaç­qı­nı adı ilə ma­liy­yə­ləş­dir­mək­də Av­ro­pa İt­ti­fa­qı han­sı məq­sə­di gü­də bi­lər?
Eks­pert Və­fa Hey­dər­li qə­ze­ti­mi­zə bil­dir­di ki, Av­ro­pa İt­ti­fa­qı bu mə­sə­lə­də bö­yük yan­lış­lı­ğa yol ve­rir: “On­lar bu­nu hu­ma­nizm nöq­te­yi-nə­zə­rin­dən edir­lər­sə, inan­dı­rı­cı gö­rün­mür. Çün­ki biz özü­mü­zə mü­na­si­bət­də ano­lo­ji ha­lın şa­hi­di ol­ma­dıq. Azər­bay­can bir mil­yon­dan ar­tıq qaç­qın qə­bul et­di. On­da ni­yə Av­ro­pa İt­ti­fa­qı bi­zə tranş ayır­mır­dı? Gö­rü­nür ki, bur­da iki­li stan­dart­lı ya­naş­ma var. Bu ya­xın­lar­da BBC-nin Er­mə­nis­tan­da­kı Rus xid­mə­ti Su­ri­ya­dan qa­çan er­mə­ni­lə­rin xey­li his­sə­si­nin Er­mə­nis­ta­na üz tut­ma­sı haq­da ve­ri­liş ha­zır­la­dı. Qeyd edi­lir­di ki, zən­gin olan­lar da­ha çox Qərb öl­kə­lə­ri­nə get­mə­yə üs­tün­lük ve­rir.
Əsəd re­ji­mi­nə dəs­tək ve­rən er­mə­ni­lər üs­yan­çı­la­rın qor­xu­sun­dan öl­kə­dən qa­çır, Er­mə­nis­tan isə on­la­rın Azər­bay­ca­nın iş­ğal al­tın­da­kı əra­zi­lə­rin­də yer­ləş­di­ril­mə­si­ni hə­ya­ta ke­çi­rir. Hət­ta bu məq­səd­lə “Ye­ni­dən məs­kun­laş­ma üz­rə İc­ti­mai Şu­ra” ya­ra­dı­lıb.
Er­mə­ni sayt­la­rın­da yer alan mə­lu­mat­la­ra gö­rə, su­ri­ya­lı er­mə­ni­lə­rin Xo­ca­vənd, Kəl­bə­cər, Fü­zu­li və di­gər iş­ğal al­tın­da­kı böl­gə­lər­də dü­şər­gə for­ma­sın­da məs­kun­laş­dı­rıl­ma­sı hə­ya­ta ke­çi­ri­lib.
Ma­raq­lı­dır ki, Su­ri­ya­dan er­mə­ni kö­çü­nün baş tut­ma­sın­da Er­mə­nis­ta­na dün­ya­da­kı er­mə­ni di­as­por təş­ki­lat­la­rı ilə ya­na­şı, Aİ-də ma­raq gös­tə­rir. Su­ri­ya­dan Er­mə­nis­ta­na gəl­mək is­tə­yən er­mə­ni­lər ye­nə var. An­caq Er­mə­nis­tan büd­cə­si­nin bər­bad və­ziy­yət­də ol­ma­sı bu öl­kə­dən kö­mək uman su­ri­ya­lı er­mə­ni­lə­ri çə­tin və­ziy­yət­də qo­yub. Xal­qı sə­fa­lət için­də ya­şa­dan iq­ti­dar məs­kun­laş­ma­ya ra­zı­lıq ve­rən­lə­rə an­caq tor­paq sa­hə­si ayır­ma­ğa ha­zır­dır. Yə­qin ki, Aİ-nin son jes­tin­dən son­ra er­mə­ni qaç­qı­nı adı ilə da­ha çox ter­ror­çu­nun iş­ğal al­tın­da­kı tor­paq­la­rı­mı­za yer­ləş­di­ril­mə­si da­vam et­di­ri­lə­cək. Aİ-nin hə­min qə­ra­rı pis­lən­mə­li və ona kəs­kin eti­raz bil­di­ril­mə­li­dir”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın