Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Atası ilə birgə həbsdə olan oğulun həyat hekayəsi – VİDEO

Atası ilə birgə həbsdə olan oğulun həyat hekayəsi – VİDEO

ARB TV-yə istinadən “Rezonans” verilişində bu dəfə ata və oğulun həbsxana xatirələrini təqdim edirik:

Adil Əliyev (cəzası 13 il):

“Ticarətlə məşğul idim. İrana gedib-gəlirdim. Narkotiklə tutulmuşam. Bir oğlum var o da mənim kimi oldu. 3 ay idi evlənmişdi. Nəvəm də var. Həyatları korlandı. Həm nəvə həsrətindəyəm, həm də ailəmin. Mənim başımda ağ tük yox idi. Oğlum bura gələndən sonra saçım ağardı. Çox pis təsir edir. Qızlarımın toyunu görə bilmədim. Tezliklə buradan çıxacam. Artıq əlimin sənəti var. Nəvəmə imkan vermərəm ki, yolumla getsin. Bura elə yerdir ki, burada həyatı anlayırsan. Daha bir də bura düşməyəcəm”.

Amid Əliyev (cəzası 11 il):

“Bizim bir qohum gecə zəng vurdu ki, gəl qabağıma. Mən də taksi şoferi işləyirdim. Bu da İrandan gəlirmiş və üzərində narkotik gətirirmiş. Gələndə bizi tutdular. Hər gün atamı gördükcə ölüb yerə girirəm. Onun başını mən ağartdım. Gecələr arada durub görürəm ki, atam yatmır oturub siqaret çəkir. 3-4 il qabağkı fikrim olsaydı, yenə deyərdim ki, narkotik satacam. Amma indi o fikrim yoxdur. Atam məni çox istəyirdi. Birinci sinifə gedəndə atam mənə xarici maşın almışdı ki, məktəbə maşınla gedim. Biləsuvarda o vaxt 2 adamda ya vardı, ya da yox idi o maşından. Bir daha narkotik satmayacam və pis işlərdən uzaq olacam”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …