Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Ata, sənin yaralı, yanan canına qurban olum”

“Ata, sənin yaralı, yanan canına qurban olum”

“Ata, sən gedən gündən ömrümə qış gəldi. Günəşin istisi belə qəlbimdəki o intiqam hissini bir an olsun belə ǝritmir. Göz yaşımı silib, son damla qanıma qədər sənin cinayətini törədənlərlə savaşacağam: qorxmadan, tükənmədən”.

Axşam.az xəbər verir ki, bu sözləri iş xanımı Elnarə Bəkirova atası Kamran Bəkirovla bağlı paylaşımında yazıb.

“Bu cinayətdə əli olan hər kim olur olsun qanun qarşısında cavab verəcək. Sənsizlik çox çətindir, dözülməzdir. Sənin yaralı, yanan canına qurban olum, ata. Geri dön, mənim sənə ehtiyacım var. Bir gün mütləq görüşəcəyik, mənim cənnətim, dünyam” deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşüb. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər – əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. İlkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

Elnarə Bəkirova keçmiş moda məsləhətçisi, hazırda isə “Şərifzadə Art center”in rəhbəridir.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …