Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / AŞPA-nın iki anti-Ermənistan sənədi əleyhinə ermənilərin “rüşvət oyunu”…

AŞPA-nın iki anti-Ermənistan sənədi əleyhinə ermənilərin “rüşvət oyunu”…

Ermənistanın Panorama.am saytı Türkiyənin erməniyönümlü “Demokrathaber.net” saytına istinadən Azərbaycanın ünvanına növbəti böhtan səsləndirib. Bu yalançı iddianın məğzi bundan ibarətdir ki, guya AŞPA-da Ermənistan əleyhinə qəbul edilən və qış sessiyasında müzakirəsi gözlənilən iki qətnamənin qəbulunda korrupsiya izləri meydana çıxıb.

Erməni saytının iddiasına görə, qəbul edilən qətnamələrdə Türkiyə ilə Azərbaycanın birgə qurduğu korrupsiya mexanizmi böyük rol oynayıb. Sayt iddia edir ki, hər iki məruzəçi – Uolter və Aqromundun Türkiyə və Azərbaycan rəsmiləri ilə sıx təmasları mövcuddur. Qeyd edilir ki, məruzəçilərdən biri olan Uolterə bu yaxınlarda Türkiyə vətəndaşlığı verilib və həmin pasportu ona şəxsən Mövlud Çavuşoğlu təqdim edib. İki saytın ortaq məqaləsində digər məruzəçi olan Aqromund da Azərbaycan hakimiyyəti ilə guya sıx əlaqələrdə ittiham olunur.

Diqqətçəkən başlıca məqam isə bu cür iftiranın ilkin mənbəyi kimi qardaş Türkiyədə fəaliyyət göstərən bir saytın göstərilməsidir. Apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, “Demokrathaber.net” saytı ermənilərə yaxınlığı ilə tanınır. Görünür, ermənilər AŞPA-nın yanvar sessiyasında qəbulu gözlənilən iki anti-Ermənistan qətnaməsinin qarşısını almaq üçün belə bir böhtançı fitnəyə əl atıb. Belə bir ortaq qarayaxmanın məqsədi nə ola bilər?
Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycana qarşı belə qarayaxmalar çox olub:
“Belə mövzularda ilk dəfə deyil ki, Türkiyənin adından istifadə edirlər. Daha doğrusu, qardaş ölkə Azərbaycan əleyhinə yayılan məqalənin ilkin ünvanı kimi göstərilir. Onlara da məhz bu amili qabartmaq lazımdır. Demokrat adından Türkiyədə yaşayan kürdlərin təşkilatları istifadə edir. Son vaxtlar isə PKK meylli kürdlərlə ermənilərin Türkiyədə ortaq fəaliyyəti daha çox nəzərə çarpır. Xüsusilə də Rusiyanın PKK-nın siyasi qanadı sayılan HDP-yə açıq dəstək verməsi belə elementlərin fəaliyyətini daha da sürətləndirib. Ermənistan mətbuatının istinadən yaydığı məlumatın məğzi beynəlxalq ictimaiyyəti çaşdırmaqdır. Onları AŞPA-da qəbul edilən iki qətnamə bərk narahat edir. Ermənistan diplomatiyası bu faktı özünün ağır məğlubiyyəti sayır və ölkə daxilində, nəyin bahasına olursa-olsun, həmin qətnamələrin yanvar sessiyasında müzakirəsinin qarşısının alınması ilə bağlı gərgin mübahisələr aparılır.
Yayılan bu iftiranın da başlıca məqsədi həmin istəklərə hesablanıb. Hesab edirəm ki, bu, PKK yönümlü qurumlarla ermənilərin növbəti birgə layihəsidir. Ancaq olduqca primitiv bir təbliğatdır. Çünki bütün dünya bilir ki, AŞPA-da qəbul edilən qətnamələr özündə reallığı əks etdirir və onları belə iftira ilə zərərsizləşdirmək mümkün deyil”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın