Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / ASLAN İSMAYILOV EYNULLA FƏTULLAYEVİ HƏDƏLƏDİ: “Cavab hüququmu tanınmasa…”

ASLAN İSMAYILOV EYNULLA FƏTULLAYEVİ HƏDƏLƏDİ: “Cavab hüququmu tanınmasa…”

Azinforum.az xəbər verir ki, tanınmış jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu haqqın.az və virtualaz.org saytlarında “Qənimət Zahid hansı məmurları təhdid edərək pul alıb…”  başlığı ilə dərc edilən məqalə böyük rezonansa səbəb olub. Xatırladaq ki, sözügedən məqalədə bir sıra yüksək  vəzifəli və tanınmış şəxslərin adı  müxalifyönümlü  Azadlıq qəzetinə külli miqdarda maliyyə ötürməkdə hallanır. Rəhbər vəzifəli şəxslərin çoxu bu ittihamları sükutla qarşılasalar da,  məqalədə adları çəkilən bəzi tanınmış şəxslərin mövzuya reaksiyası müşahidə olunur.  Maraqlıdır ki, sözügedən məqalədə tanınmış hüquqşunas Aslan İsmayılovun  da bostanına daş atılıb. Onun adı  Zülfüqarlı qardaşları ilə qəzet arasında “maklerlik” fəaliyyəti göstərməkdə çəkilir.

Sitat: “Daxil olmuş məlumata görə Q.Zahid iş adamlarından da pul alıb. Belə ki, Zülfüqarlı qardaşlarının işinin mətbuatda işıqlandırılması üçün onların vəkili Aslan İsmayılov Qənimət Zahidlə razılığa gəlib. Lakin Zülfüqarlı qardaşlarının verdiyi böyük məbləğdə pul Qənimət Zahid və Şahvələd Çobanoğlu tərəfindən mənimsənilib, yazılar isə dayandırılıb”.

Aslan İsmayılovun barəsində səslənən ittihamlara reaksiyası bir qədər ultimativ tərzdə  olub:
“Haqqın.az və virtualaz.org saytlarında haqqımda yazılmış böhtanla  bağlı Eynulla Fətullayevə təkzib məktubu göndərdim. Əgər cavab hüququm tanınmasa həmin məktubu olduğu kimi Facebook səhifələrimdə paylaşacam”.

Maraqlıdır, qanunlardan gözəl anlayışı olan Aslan İsmayılov barəsində yazılanları böhtan sayırsa, niyə Eynulla Fətullayevi  məhkəmə ilə deyil, öz Feysbuk səhifəsilə hədələyir?

Şirxan İSMAYIL

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın