Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Aşıq Ələsgərin 200 illik yubileyi çərçivəsində onun doğum günündə İrəvan Türk Cümhuriyyəti xüsusi gecə keçirib.

Konfransı giriş sözü ilə açan İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı qeyd etmişdir ki, İTC indi adına Ermənistan deyilən ərazidə yetişmiş bütün böyük şəxsiyyətlərin tanıdılması və bu torpaqlarda elm, sənət adamlarını , ictimai-siyasi xadimlərinin xatirəsini həmişə uca tutacaq, bu torpaqlarda doğulmuş və yetişmiş insanların bəşəriyyətə verdiyi dəyərləri diqqət mərkəzinə gətirəcəkdir. O demişdir ki, Aşıq Ələsgər yalnız haqq aşığı deyil, Qərbi Azərbaycanın yetişdirdiyi ən böyük şəxsiyyət, müdrik mütəfəkkir, filisof olmuşdur. Onun yaratdığı məktəb doğulduğu Göyçə mahalı ilə məhdudlaşmamış və bütün yaxın və uzaq coğrafiya Türklüyünün şeir, sənət və ilham qaynağına çevrilmişdir. Aşıq Ələsgərin həyatı və yaradıcılığı ilə bağlı məruzə edən Türkiyənin Hacı Bektaş Vəli Universitetinin prosessoru Bayram Durbilməz Aşıq Ələsgərin sənət zirvəsi və onun aşıqlıq sənətinin Türkiyə, Güney Azərbaycan və başqa bölgələrə təsirindən danışmış və onun sənət özəlliklərindən bəhs edib. Aşıq Ələsgərin böyüklüyündən, onun qəbrinin düşmən tapdağ altında olmasından və bir gün onun qəbri önündə sənətkarın yad edilməsi fikri də də çıxış edənlər tərəfindən ifadə olunmuşdur. Bu gün Şuşada alovlanan Novruz tonqalı bir gün Qərbi Azərbaycandakı əsir yurdlarımızda da alovlanacaqdır. Tədbirdə Aşıq Nemətin və onun şagirdi Aşıq Ayşənin ifasında Aşıq Ələsgərin əsərləri ifa olunub. İTC Mətbuat Xidməti

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …