Ana səhifə / Cəmiyyət / Asif Əskərov oğluna verilən cəzadan razıdır?
????????????????????????????????????

Asif Əskərov oğluna verilən cəzadan razıdır?

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov oğlu İlham Əsgərlinin həbsinə görə Apellyasiya Məhkəməsinə şikayət ərizəsi verməyib. Bunu AzVision.az-a açıqlamasında İ. Əsgərlinin vəkili Bəylər Məmişov deyib. Vəkil bu qərarın məhkum İlham Əsgərli tərəfindən verildiyini bildirib.

“Biz İlham Əsgərlinin özü ilə məhkəmə hökmünü müzakirə etdik və qərara gəldik ki, Apellyasiya şikayəti verməyək. Prosseslə bağlı bütün məsələləri İlham Əsgərlinin özü ilə müzakirə edirəm. Heç bir məsələni Asif Əsgərovla müzakirə etmirik”.

Vəkil icra başçısının oğlu ilə görüşüb-görüşməməsi ilə bağlı suala Asif Əsgərovun onunla təmasda olmadığını deyərək cavab verib.

Hadisənin digər iştirakçısı, yük maşının sürücüsü S. Əhlimanovun vəkili İlham Musayev isə AzVision.az-a açıqlamasında hakimlərin çıxardıqları hökmdən artıq şikayət verdiklərini bildirib: “Hökm ədalətsiz olaraq verilib. Biz hökmü alan kimi Apellyasiya Məhkəməsinə şikayət ərizəsi göndərmişik”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol qəzası törətməkdə təqsirli bilinən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin və Süleyman Əhlimanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakimlər kollegiyasının qərarı ilə İlham Əsgərli 5 il 6 ay, Süleyman Əhlimanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar zamində olduqları üçün məhkəmə zalında həbs ediliblər.

Xatırladaq ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində yük avtomobilində olan 16 yaşlı sərnişin Sənan Mirzəyev dünyasını dəyişib.

Dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın