Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Artıq həm keflənmək, həm də qanadlanmaq mümkün olmayacaq – Detallar

Artıq həm keflənmək, həm də qanadlanmaq mümkün olmayacaq – Detallar

Azərbaycanda 2020-ci ilin yanvarın 1-dən etibarən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına başlanılacaq. Yeni qaydalara əsasən, ölkə ərazisində enerji içkilərinin istehsalı və idaxlı ilə məşğul olan sahibkarlıq subyektləri bu tarixdən sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq öz fəaliyyətlərini təşkil etməlidirlər.

Sputnik Azərbaycan-ın əməkdaşı gələn ildən enerji içkilərinin ölkəmizə idxalında və satışında hansı dəyişikliklərin olacağını araşdırıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, enerji içkiləri ilə bağlı sanitariya normaları və qaydalarının layihəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən hazırlanıb: “Sanitariya normaları və qaydalarının məqsədi bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsidir. Enerji içkilərinə dair sanitariya normalarında istehsal normaları öz əksini tapıb. Qeyd edilib ki, enerji içkilərinin 100 ml-də olan maddələrin miqdarı müəyyən olunmuş normalardan çox olmamalıdır. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Bu içkilərinin tərkibində karbohidratların kütlə payı 11%-dən artıq olmamalıdır. Qablaşdırma normalarında isə göstərilib ki, enerji içkilərinin qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi 

kənaraçıxmalar 3%-dən çox olmamalıdır. Enerji içkiləri 0°C – 18°C temperaturda daşınmalı və saxlanmalıdır. Həmçinin istehlak tarası və bağlama vasitələri bu məhsulla təmas zamanı onun keyfiyyətini və təhlükəsizliyini təmin edən materiallardan hazırlanmalıdır. Enerji içkisi ilə doldurulmuş istehlak tarasının hər birinin etiketində məhsulu xarakterizə edən məlumatlar olmalıdır. Buraya istehsalçının adı, ünvanı və əmtəə nişanı, içkinin adı, növü və tərkibi, içkinin qida və enerji dəyərliliyi, içkinin tərkibindəki maddələrin miqdarı, içkinin miqdarı, saxlanma şərtləri, istehsal tarixi və yararlılıq müddəti, içkinin istifadə qaydaları daxildir. Həmçinin “Enerji içkisi”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir”,”18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, “Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazısı öz əksini tapmalıdır”.

A.Fərziyeva bildirib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …