Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Arif Rəhimov: “Atamsız hər kəsin qapısından içəri girə bilməzdim”

Arif Rəhimov: “Atamsız hər kəsin qapısından içəri girə bilməzdim”

Baku City Circuit-in icraçı direktoru Arif Rəhimov tam əmindir ki, yaxın günlərdə Azərbaycan Qran-prisinin keçirilməsi ilə bağlı razılaşmanın 2025-ci ilə qədər uzadılması haqda Formula-1-in rəhbərliyi ilə razılığa gəlmək mümkün olacaq.

Arif Rəhimov bunu Həmid Həmidovun “Danışaq?” layihəsinin növbəti buraxılışının qonağı olarkən deyib.

Arif Rəhimov bildirib: “Bu günlərdə biz hansısa bir razılığa gəlməliyik. Düşünürəm ki, razılaşacağıq. Nəzəriyyədə, əlbəttə, hər şey ola bilər, amma danışıqların gedişi kifayət qədər pozitivdir. Mən razılığa nail ola bilməyəcəyimizə səbəblər görmürəm. Artıq müəyyən irəliləmə var. Çalışırıq ki, müqavilə bizim ölkəmiz üçün ən yaxşı formatda olsun. Və həm biz, həm də Formula-1-in rəhbərliyi istəyirik ki, yarışlar azı 2025-ci ilə qədər Bakıda keçirilməkdə davam etsin.

Deyə bilmirəm, biz Formula- 1 üçün nə qədər ödəyirik. Məbləğin açıqlanmaması şərti bizim müqaviləmizdə yazılıb. Və bu bizim təşəbbüsümüz deyil, onlarınkıdır, çünki təqvimdə 20 yarış var və hər ölkə müxtəlif cür ödəyir. Hər promouterin öz razılaşması var.

İndi biz ödəniş məbləğinin azaldılması haqda danışıqlar aparırıq. Amma məsələ yalnız bunda deyil, orada bütöv paket var. Biz daha çox kommersiya hüququ istəyirik. Müqaviləni təkmilləşdirmək və onu bizim üçün daha münasib etmək istəyirik. Bu halda biz müəyyən aspektlərdə müqaviləni necəsə ən yaxın iki ilə yaxşılaşdırmağa çalışırıq.

Hazırda biz başqa ölkələr ödədiyi qədər ödəyirik. Mən şəxsən iki ölkə tanıyıram ki, bizdən daha çox ödəyirlər”.

Arif Rəhimov Mayamidəki yarışların Bakıdakı mərhələni əvəz edə biləcəyi haqda şayiələri qəti şəkildə təkzib edib: “Formula-1-in təqviminə 22 yarış salına bilər. İndi mövsüm ərzində 20 yarış keçirilir. Əgər Mayamini təqvimə daxil edəcəklərsə, onda bu 21-ci yarış olacaq və onun Bakıya heç bir aidiyyəti olmayacaq. 2019-cu il üçün ilkin təqvim tezliklə çıxacaq və məsələ avtomatik aradan qalxacaq”.

Promouter şübhə etmir ki, Azərbaycan Qran-prisi 2018-ci ildə də mövsümün ən yaxşı yarışı olacaq.

A.Rəhimovov Bakıdakı yarışda əcnəbilərin sayının artacağını da vurğulayıb:“Bu il adi biletləri xarici ölkələrin 6600 vətəndaşı aldı. Bura 300-400 əcnəbini də əlavə edin, hansılar ki, paddok-kluba VIP-biletləri əldə etdilər. Bakıda yaşayan digər əcnəbilər də vardı. Bizim sistemimizdə onlar yerli sakinlər kimi tanınırlar.

Bura Formula-1 komandalarını təmsil edən təxminən 2 min insanın-mətbuatın, rəhbərliyin gəldiyini də əlavə edək. Onlar hər şeyə görə özləri ödəyirlər.

Bizə birinci ildə 2,5 min, ikincidə 5 min, bu ildə isə 7 min xarici azarkeş gəlmişdi.

Ulduzların konsertlərinin təşkili də bizə kömək edir. Bu əlavə xərcdir, amma həm də yarışlara əlavə maraqdır. Axı kimlər ki, konsertə görə bilet alır, onlar yarışlara da gəlirlər. Bizdə statistika var. Biz konsertlərin hesabına yeni tamaşaçılar cəlb edirik…”.

Arif Rəhimova Formula-1 yarışlarının təşkilində ona atası- gənclər və idman naziri Azad Rəhimovun göstərdiyi kömək barədə də sual ünvanlanıb.

“Atam mənə çox kömək edib, onsuz çətin olardı. Söhbət əsasən siyasi məqamlardan gedir. Yəni zəng vurmaq və xahiş etmək ki, mən kiminləsə görüşə və hansısa adi şeylər haqda danışa bilim. Bizim işimizə bütün dövlət orqanları cəlb edilib və sadəcə kiminsə qapısını döymək və kiminsə yanına düşmək heç də asan deyil. Buna görə məsləhət və kömək üçün çox tez-tez atama müraciət etmək lazım gəlirdi.

Yəni şirkətin daxilində çirkli işləri biz özümüz görürük, amma nə vaxt ki, məsələ hansısa siyasi məqamlarla, əlaqlələrlə bağlı olur, onda kömək üçün müraciət etmək lazım gəlir. Ancaq indi bunu əvvəllər olduğundan daha az edirik. Çünki artıq hər bir dövlət təşkilatında bizim əlaqələndirici şəxslər var və biz onlarla işləyirik. İnsanlar artıq Formula-1-in dəyərini anlayırlar. Halbuki biz təzə başlayanda hər şey daha mürəkkəb idi”, – deyə Baku City Circuit-in icraçı direktoru cavabında bildirib.

Virtualaz.org

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …