Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Arif Hacılı kimilər gedib öz alverləri ilə məşğul olsunlar” – Partiya sədri

“Arif Hacılı kimilər gedib öz alverləri ilə məşğul olsunlar” – Partiya sədri

“Axı Arif Hacılı kimdir ki, hökumətdən əhalinin 10 min manatadək olan kredit borclarını bağışlamağı tələb edir? O çalışır ki, bununla öz probemlərini həll etsin”. Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
MMP sədrinin sözlərinə görə, kredit borclarının ləğv edilməsi ilə bağlı qərarın verilib-verilməməsi Azərbaycan dövlətinin işi və Prezidentin şəxsi səlahiyyətində olan məsələdir: “Heç şübhəsiz ki, Arif Hacılı və onun kimi digərləri gündəmdə qalmaq üçün müxtəlif fəaliyyətlərə əl atırlar. Bu gün dövlət başçısı öz millətinin, xalqının qayğısına çox yüksək səviyyədə qalır. Düşünürəm ki, Prezident istədiyi vaxt istənilən addımı atacaq. Arif Hacılı kimilər gedib öz alverləri ilə məşğul olsunlar. Bu insanlar erməni maliyyəsi ilə işləyir və onlara xidmət edirlər. Onun bütün fikirləri yersizdir. Hesab edirəm ki, ona heç əhəmiyyət də vermək lazım deyil. Bu kimi insanlar Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında dünya dövlətlərini oyunları boykot etməyə çağırdı. Xalq hər şeyi görür və bilir. Arif Hacılı gedib öz işi ilə məşğul olsun”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın