Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Araz Ağalarov qızının biznesindən danışdı

Araz Ağalarov qızının biznesindən danışdı

Azərbaycanlı iş adamı Araz Ağalarov “TASS” agentliyinə müsahibəsində qızının ABŞ vətəndaşı olduğunu açıqlayıb.

Biznesmen müsahibəsində uşaq yaşlarında ABŞ-a köçən və hazırda ABŞ vətəndaşı olan qızından da danışıb.

– Qızınız Şeylanı lap uşaq vaxtından xaricə göndərmisiniz?

– Bəli, altı yaşında idi. Anası ilə getdi. Gedib qaldılar.

– Neçə il keçdi?

– Qızımın artıq 31 yaşı olduğunu nəzərə alsaq, 25 il keçib.

2000-ci illərin əvvəllərində Rusiyaya qayıdan Emin və məndən fərqli olaraq, qızımız və İra çoxdan amerikalı olublar və pasporta sahibdirlər. Düzdür, rus dili unudulmayıb. Bu, yaxşıdır. Həm də Şeylanı Rusiyaya dəvət edə biləcəyim və burada onun üçün maraqlı bir iş tapa biləcəyim ümidini itirmirəm.

Emin 13 yaşından az olanda əvvəl İsveçrəyə, sonra ABŞ-a getdi və mental olaraq əcnəbiyə çevrilmədi. Göründüyü kimi, xarakter, vətən hissi bu yaş ətrafında formalaşır. Ancaq bir uşaq birinci sinifdən başqa bir ölkədə yaşayanda və böyüdükdə ölkə onu özünə uyğunlaşdırır.

Şeylanı Moskvaya gətirməyə nə qədər cəhd etsəm də, bir neçə həftədən sonra “Ata, bacarmıram, getməliyəm. Burda dostum, heç kimim yoxdu”,-deyir.

Ağalarov qıznın ABŞ-da biznes fəaliyyəti ilə məşğul olduğunu əlavə edib.

– Orada nə edir?

– Daşınmaz əmlak agentliyi var. Məşhur butik mağazalar şəbəkəsi olan “Neiman Marcus”da işə düzəlmişdi və hətta “Chanel”in əsas alıcısı oldu. Sonra kimin üçünsə işləmək fikrini dəyişdirdi, özü üçün işləməyə qərar verdi. Daşınmaz əmlak kurslarına getdi.

İndi anası ilə birlikdə Nyu- Cersidə ucuz, tərk edilmiş evləri alırlar, torpağın pulunu verirlər və satışa yeni mənzillər tikirlər. Təbii ki, gəlir fantastik deyil. Bir evdən 100 min dollar qazanmağı bacarsanız, bu, uğur sayılır.

– Maddi dəstək olmusunuz?

– Başqa necə ola bilərdi ki? Doğmalarımdır. Və təbii ki, başlanğıc kapitalı mən verdim.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …