Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Aqil Abbas: “Az maaşla övladlarımıza dərs öyrədən müəllimlər həqiqətən qəhrəmandırlar”

Aqil Abbas: “Az maaşla övladlarımıza dərs öyrədən müəllimlər həqiqətən qəhrəmandırlar”

Son dövrlərdə məktəb direktorları ilə bağlı baş verən ağlasığmaz olaylar – direktorun şagirdə qarşı intim hərəkətlər etməkdə ittiham olunması, başqa bir məktəb direktorunun müəllimə əxlaqsız təkliflər etməsi ictimaiyyətdə ciddi narazılıq yaradıb. Sosial şəbəkə istifadəçiləri təhsil ocağında bu kimi halların yaşanmasının qəbuledilməz olduğunu deyiblər.

Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili, yazıçı Aqil Abbas bu hadisənin baş verməsinə sərt reaksiya göstərib və olayın iyrənc olduğunu bildirib:

“Ümid edirəm ki, bu əxlaqsız hərəkətlərə yol verən şəxslər layiqli cəzalarını alacaqlar. Müəllim ən yüksək dəyər kimi qəbul olunur. Müəllim ordusunun içində 5 nəfərin, 10 nəfərin özünü pis aparması bütün müəllimləri ləkələyə bilməz. Müəllim başımızın tacıdır. Hamımızı müəllim adam edib. 5-10 nəfər “müəllim”in iyrənc hərəkəti varsa, bunu bütün müəllim ordusuna şamil etmək olmaz. Çünki müəllimlər hamısı milli qəhrəmanlardır. Az maaşla bizim övladlarımıza dərs öyrədirlərsə, onlar həqiqətən də qəhrəmandırlar”.

Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov məktəbin şagirdi olan 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi üçün barəsində Xaçmaz RPŞ-də cinayət işi qaldırılıb.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …