Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Aprel şəhidinin doğum günüdür – FOTOLAR

Aprel şəhidinin doğum günüdür – FOTOLAR

Bu gün aprel döyüşlərində şəhid olan pilotumuz Əbubəkir İsmayılovun doğum günüdür.

Əbubəkir İsmayılov 10 fevral 1990-cı ildə Kürdəmirşəhərində anadan olub. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. O, daha sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub.

Baş leytenant aprel döyüşlərində şəhid olub. O, mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb. Aprelin 11-də şəhidlərimizlə vida mərasimi keçirilib.

Pilotumuz şəhid olmasından bir neçə ay öncə ailə həyatı qurmuşdu.

Əbubəkir İsmayılov Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda torpağa tapşırılıb. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

AzVision.az 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …