Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Apellyasiya Məhkəməsinin üç hakimi yola salınır? – “Ədalətsiz qərarların sayı o qədər çox olub ki…”

Apellyasiya Məhkəməsinin üç hakimi yola salınır? – “Ədalətsiz qərarların sayı o qədər çox olub ki…”

Bakı Apellyasiya Məhkəməsinin üç məşhur hakimi – Habil Məmmədov, İlqar Murquzov və Həsən Əhmədovun səlahiyyətlərinə xitam veriləcək.

Bu barədə “gununsesi.info” saytının yaydığı informasiyada adıçəkilən hakimlərin hakim korpusunda ədalətsiz qərarları ilə seçildiyi vurğulanır. Qeyd olunur ki, hakim Habil Məmmədovun çıxardığı əksər hökmlərin qanunvericiliyə zidd olması barədə çoxsaylı faktlar üzə çıxıb. Bu faktların sayı o qədər çox olub ki, Prezident Administrasiyası daxil olan şikayətlərlə bağlı Ədliyyə Nazirliyini bilgiləndirib.

Məlumatda bildirilir ki, Ali Məhkəmə hər üç hakimlə bağlı xüsusi qəradad çıxararaq, Məhkəmə-Hüquq Şurasına yollayıb. “Bu, Ali Məhkəmənin adıçəkilən şəxslərlə bağlı ikinci qəradadıdır. Məhkəmə-Hüquq Şurası hər üç hakimlə bağlı iltizam icraatı başladıb”, – xəbərdə vurğulanır. Qanunvericiliyin tələbinə görə, barələrində iltizam icratı başladılan hakimlər məhkəmə orqanlarından uzaqlaşdırılmalıdır.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …