Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Anar striptiz klubdan danışdı: Mənlik deyil, Çingizlikdir…

Anar striptiz klubdan danışdı: Mənlik deyil, Çingizlikdir…

Xəbər verdiyimiz kimi,  Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən “Hot Room Club”da striptiz şou nümayiş etdirilir.

Bu haqda Azərbaycan Yazıçılar Birliyininin sədri  Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin  katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib: O, qeyd edib ki,  sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.

Çingiz Abdullayev isə açıqlamasında faktı dolayı yolla təsdiqləyib:
“Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.
Qeyd edək ki, bu klubun sahibi Roşka Roş adlı reperdir.  “Hot Room Club”da açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər. 
Xatırladaq ki, bundan əvvəl burada “26” – “Twenty six” adlı kafe başqa adla gecə klubu fəaliyyət göstərirdi.  Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı. (unikal.org)

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …