Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Anar Rzayev: “Yazıçılar Birliyinin qurultayı Şuşada keçirilməyəcək”

Anar Rzayev: “Yazıçılar Birliyinin qurultayı Şuşada keçirilməyəcək”

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı Şuşada keçirilməyəcək”.

Bunu “Report”a açıqlamasında AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib.

Onun sözlərinə görə, buna səbəb Şuşada qurultayın keçirilməsi, iştirakçıların və qonaqların yerləşməsi üçün uyğun məkanın olmamasıdır: “Ona görə də qurultayın məkanını dəyişmişik. Qurultayın sentyabr ayında ya Bakıda, ya da Şabranda yeni inşa olunan Yaradıcılıq Evində keçirilməsi planlaşdırılır. Çünki avqust ayında həmin evin hazır olması gözlənilir”.

AYB sədri söyləyib ki, Şuşada yalnız Vaqif Poeziya Günləri keçiriləcək.

Qeyd edək ki, ötən ilin avqust ayında Şuşada keçirilən Vaqif Poeziya günlərində A.Rzayev AYB-nin XIII qurultayının Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsi təklifi ilə çıxış etmişdi. Bundan sonra qurultaya hazırlıq işlərinə başlanılmışdı.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …