Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Anar Nağılbazın atası: “Belim qırıldı”-Video

Anar Nağılbazın atası: “Belim qırıldı”-Video

Ötən gün rəhmətə gedən tanınmış reper Anar Nağılbazın  atası, sabiq deputat Rizvan Cəbiyev oğlunun ölümü ilə bağlı Real TV-yə açıqlamasında bildirib ki, Anar Nağılbaz evdə, valideynlərinin yanında dünyasını dəyişib. Rizvan Cəbiyev deyib ki, Anar Nağılbaz bir müddət əvvəl müalicə alıb: “Qara ciyəri iflas etmişdi”.

Jurnalist İradə İsak isə Anar Nağılbazın vəfatıyla bağlı sosial şəbəkədəki səhifəsində belə yazıb: “Anar Nağılbazgildəyik. Atası Rizvan dayıyla həyətdə danışdım. Atasının sözlərinə görə, Anar evə gəlib, qəfil halı pisləşib, yıxılıb, dili qatlanıb. Təcili yardım maşını çağırıblar, xəstəxanaya gedərkən yolda keçinib. Allah rəhmət eləsin”.

Minval.info qeyd edib ki, reperin ölüm səbəbi daxil qanaxma olub. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb.

1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …