Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Anar Kərimov at belində olanda…” – Xalq artisti

“Anar Kərimov at belində olanda…” – Xalq artisti

Bir neçə gün öncə Prezident İlham Əliyev mədəniyyət naziri ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib. 

A.Kərimov vəzifədən uzaqlaşdırıldıqdan sonra sabiq nazir haqda danışanların sayı  durmadan artır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, məmur vəzifədə olan zaman ona qarşı danışmayan, susan insanlar elə ki, o, vəzifəsini itirdi, yaxud həbs edildi, danışmağa başlayırlar:

“Mədəniyyət naziri vəzifədə olanda mən Azərbaycan mədəniyyət, teatr sahəsində olan problemlər barədə dəfələrlə danışmışdım. İndi Anar Kərimov vəzifədən çıxarılıb və vəzifəsindən uzaqlaşdırılan insan barədə danışmağı doğru hesab etmirəm. Anar Kərimovun yerinə təyin olunan şəxs isə hələ ki, müvəqqətidir. O nə iş görəcək, necə olacaq bu haqda danışmaq üçün də hələ tezdir. Çünki həmin adamı tanımıram. Bizdə bir adət var, kim yıxılırsa, həmən dəqiqə onun üstünə düşürlər. Mən Anar Kərimov vəzifədə olarkən nöqsanlardan danışmışam, indi gedibsə, daha danışmaram. Çünki o artıq vurulub və çıxarılıb. Mən heç vaxt vəzifədən çıxarılıb vurulan insanların arxasınca danışmağı sevməmişəm. Mən həmişə onlar atın belində olanda sözümü demişəm, yıxılandan sonra onlar haqqında danışıb özümü xırdalamaq istəməmişəm”. 

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …