Ana səhifə / Cəmiyyət / Anar boşanmamış 2-ci dəfə evləndiyini açıqladı

Anar boşanmamış 2-ci dəfə evləndiyini açıqladı

“Mülk davası etmirəm, qarşı tərəf bunu edir. Mən hər şeyimi uşaqlarıma vermişəm, onların arxasında da dayanıram”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri bir neçə gündür şəxsi həyatı ilə gündəmi zəbt edən prodüser Anar Mədətov deyib.

O, ayrılıq xəbərlərindən sonra ilk dəfə efirə çıxaraq yaşadığı qalmaqal barədə danışıb. Anar “Hər şey daxil”də bildirib ki, Samirə Abbasovanı uzun illərdir tanıyır:

“Mən sevmişəm, evlənmişəm və özümü xoşbəxt hiss edirəm. Evləndiyim xanımı çoxdan tanıyıram. Əvvəl dost olmuşuq. Keçmiş xanımım insanlardan xahiş edir ki, məni təhqir etsinlər. Heç kim yazıq deyil. Nə olursa, yaxşılığa doğru olur”. 

A. Mədətov həmçinin keçmiş xanımı Elnurə Mədətovaya dəstək olan şou-biznes üzvlərinə sərt mesaj göndərib:

“Bacısını tanıtdığım (red- İradə İbrahimova) Nigar İbrahimova mənim haqqımda sosial şəbəkədə pis şeylər yazır, aparıcılara zəng vurur ki, Anarı biabır edin. Öz problemlərinizi həll edin, toyunuz vaxtı baş verənləri unutmayın. Gördüm ki, onu başa sala bilmirəm. Ərinə zəng vurdum. Aysel Əlizadə və başqaları da hər yerdə əleyhimə rəylər yazır”. 

Prodüser bu mövzuda ilk xəbər yayan jurnalistin ünvanına da ağır ittihamlar səsləndirib. Öz şəxsi həyatının müzakirəsindən narahat olduğunu deyən Mədətov xəbər müəllifinin şəxsi həyatı ilə bağlı qeyri-etik ifadələr səsləndirib.

Xatırladaq ki, Anar Mədətov efirdə 2-ci dəfə evləndiyini etiraf etsə də, Elnurə Mədətova ilə rəsmi şəkildə hələ boşanmayıb.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …