Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Anar Bağırov: “Bu il vəkillərin sayı iki mini ötəcək”

Anar Bağırov: “Bu il vəkillərin sayı iki mini ötəcək”

Bu il respublikamızda vəkillərin sayı 2 mini ötəcək. Sevindirici haldır ki, bu gün ölkəmizdə vəkilliyə çox böyük maraq var.

Bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov AZƏRTAC-a açıqlamasında deyib.

A.Bağırov bildirib ki, hazırda ölkəmizdə 1700-dən çox vəkil var və bu artım davam edəcək. Çünki bunun üçün əlverişli şərait mövcuddur. Həm Bakıda, həm də regionlarda fəaliyyət göstərən çoxsaylı hüquqşünaslar Vəkillər Kollegiyasına üzvlüklə bağlı sənəd verirlər və vəkil olmaq arzusundadırlar.

Prezidentİlham Əliyevin ölkəmizdə vəkilliyin inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayan A.Bağırov bildirib: “Prezidentİlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı Sərəncamla hər il dekabrın 28-i Azərbaycanda Vəkil Günü peşə bayramı kimi elan olunub. Bu, vəkilliyə göstərilən böyük etimaddır. Vəkillərimiz çalışacaqlar ki, bu yüksək etimadı doğrultsunlar”.

Respublikamızda vəkilliyin inkişafı istiqamətində mühüm yeniliklərin əldə olunduğunu diqqətə çatdıran Kollegiyanın sədri deyib: “Məlum olduğu kimi, keçən ilin sonunda kollegiyanın Hüquqi Yardım və Təlim Mərkəzi istifadəyə verildi. Müasir tələblərə cavab verən bu mərkəzdə vəkillər tədrisə cəlb olunacaq, pulsuz hüquqi yardıma ehtiyac duyan vətəndaşlarımıza yardım göstəriləcək. Belə ki, mərkəzdə pro-bono vəkil bürosu da fəaliyyətə başlayıb. Hüquqi yardıma ehtiyacı olan vətəndaşlarımız bu mərkəzə dəvət edilirlər və onlara pulsuz hüquqi yardım göstərilir”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …