Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / ANAMA ay ərzində 312 ədəd partlamamış hərbi sursat aşkarlayıb

ANAMA ay ərzində 312 ədəd partlamamış hərbi sursat aşkarlayıb

ANAMA 2019-cu ilin avqust ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə bildirilib ki, 2019-cu ilin avqust ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Qazax, Tərtər rayonları, Gəncə və Lənkəran şəhərləri ərazisində 839 034 m² (83,90 ha) ərazi yoxlanılmış, 312 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 316 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9 445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 462 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 536 877 454 m² (53 687,75 ha) ərazi təmizlənmiş, 804 269 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.Avqust ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 11 (on bir), Dövlət Sərhəd Xidmətindən (DSX) – 4 (dörd) müraciət daxil olmuşdur (cəmi: 18 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birlikdə 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağstafa, Füzuli, Bərdə, Qazax, Tərtər rayonları və Lənkəran şəhəri ərazisində 5 900 kv.m ərazi yoxlanılmış, 132 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi: 135 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9 445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …