Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / AMEA-nın işçisi ev növbəsinə görə özünü doğradı

AMEA-nın işçisi ev növbəsinə görə özünü doğradı

Bakıda intihara cəhd olub. ” Azinforum.az ” lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neftkimya Prosesləri İnstitunda elmi işçi vəzifəsində çalışan 1956-cı il təvəllüdlü Bədəlli Məğrub Ağamalı oğlu qolundakı damarları kəsib.

59 yaşlı M.Bədəlli akademiyanın giriş qapısında özünə xəsarət yetirib və daha sonra təcili tibbi yardım maşını ilə 3 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, M.Bədəlli AMEA-dan ev tələb edir. O bildirib ki, növbəyə yazılsa da, ona hələ də ev verilməyib.

Qeyd edək ki, damarını doğrayan şəxsin adı bir sıra qalmaqallı məsələlərdə hallandırılır. M.Bədəlli bir sıra dövlət təşkilatlarını və nazirlikləri məhkəməyə verib.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın