Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / AMEA-nın alimləri dalaşdı, bir-birini təhqir etdi

AMEA-nın alimləri dalaşdı, bir-birini təhqir etdi

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidovla həmin institutun icraçı direktoru Zaur Həsənov arasında baş verən mübahisə dava ilə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, mübahisə zamanı Abbas Seyidov Zaur Həsənovu zor gücü ilə kabinetindən qovub. Bu zaman tərəflər bir-birinə qarşı təhqir və ağır ittihamlar səsləndirib.

Xatırladaq ki, Abbas Seyidov və Zaur Həsənov AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev tərəfindən bu vəzifələrə təyin edilib.

Qeyd edək ki, Zaur Həsənov Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənovun oğludur.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …