Azərbaycanda elə icra başçıları var ki, onlar bir rayona rəhbər təyin edilir, sonra da uzun müddət həmin vəzifədə qalırlar.
Məsələn, Gülağa İslamov Bakı şəhəri Xəzər rayon İcra
Hakimiyyətinin başçısı postunu 25 yanvar 1995-ci il tarixində tutmuş və
düz 23 il həmin vəzifədə qalmışdı.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olan Malik İsaqov isə düz 21 ildir eyni rayona rəhbərlik edir.
Ölkənin ən uzunmüddətli icra başçısı isə Eyvaz Hüseynovdir. O, Elçibəy hakimiyyəti zamanından bəri, nə az, nə çox, düz 27 ildir Xocavənd rayonunun rəhbəridir.
Lakin Azərbaycanda icra başçısı kimi zəngin tərcümeyi-hala malik olan, ən azı 3 rayona rəhbərlik etmiş şəxslər də var.
Qaynarinfo belə icra başçılarının kimliyini araşdırıb.
Belə ki, alnına icra başçılığı yazılanlarımız:
İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu
vəzifəyədək iki rayona rəhbərlik edib. 26 mart 2004-cü ildə Göygöl
(keçmiş Xanlar) rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən
Hacıyev, 7 fevral 2006-cı ildə Samux rayonunun rəhbərliyinə gətirilib.
Burada 6 il çalışdıqdan sonra 14 aprel 2012-ci ildə İmişli rayonu İcra
Hakimiyyətinin başçısı postuna təyinat alıb.
Saatlı rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov
isə 18 illik rayon rəhbərliklərində 18 illik təcrübəyə malikdir. O,
2001-2006-cı illərdə Göyçay rayonuna, 2006-2011-ci illərdə Şamaxı
rayonuna, 2011-2019-cu illərdə Sabirabad rayonuna rəhbərlik edib. 17 may
2019-cu ildə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunan
Nazim İsmayılov indiyədək ümumilikdə 4 rayonun icra başçısı postunu
tutub.
Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da
indiyədək bir neçə rayona rəhbərlik edib. Azərbaycan Respublikası
Prezidentinin sərəncamlarına əsasən 03.09.1994-cü ildən 25.08.2002-ci
ilədək Oğuz rayonu İcra Hakimiyyətinin başçısı işləyən Məmmədov sonralar
Qəbələ (25.08.2002-ci il – 26.03.2004-cü il) və Biləsuvar
(26.03.2004-cü il – 26.04.2011-ci il) rayonlarının rəhbəri olub. 2011-ci
ilin aprelindən isə Qobustan rayonu İcra Hakimiyyətinin başçısıdır.
Hazırda Bakı şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Eldar Əzizov
isə 20 ilə yaxındır bu postlara təyinat alır. Əzizov 2000-ci ilin iyun
ayında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə
təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin,
2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı
vəızifəsini yerinə yetirib. 2015-ci ilin sentyabr ayından paytaxtın
Səbail rayonuna rəhbərlik edən hazırki Bakı meri bu posta isə 2018-ci
ildə təyinat alıb.
Azərbaycanın ən stajlı icra başçılarından biri isə hazırda Lənkərana rəhbərlik edən Taleh Qaraşovdur.
O, 23 ildir ki, müxtəlif rayonların icra başçısı postlarını tutur və
Eldar Əzizov kimi indiyədək 5 dəfə bu cür təyinat alıb. Belə ki,
T.Qaraşov 1996-2002-ci illərdə Kürdəmirə, 2002-2006-cı illərdə
Cəlilabada, 2006-2011-ci illərdə Neftçalaya, 2011-2012-ci illərdə
Astaraya rəhbərlik edib. 14 aprel 2012-ci ildən isə Lənkəran şəhər İcra
Hakimiyyətinin başçısı vəzifəsini tutur.
25 illik icra başçılığı keçmişinə malik olan Novruz Novruzov
isə 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy,
2007-2019-cu illərdə isə Şabran rayon icra hakimiyyətlərinin başçısı
vəzifəsində çalışıb. Ölkə başçısının 5 aprel 2019-cu il tarixli
sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan
Novruzov bununla da indiyədək 4 rayon dəyişmiş olub.
Onu da deyək ki, karyerası ərzində ən azı iki dəfə icra başçısı olanlar daha çoxdurlar.
Ana səhifə / Cəmiyyət / Alnına icra başçılığı yazılanlar… – Aralarında 20 ildə 5 dəfə icra başçısı təyin edilən də var
Həmçinin oxuyun
İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi
Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …