Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Almanların atəşfəşanlıqla dəfn etdiyi azərbaycanlı təyyarəçi

Almanların atəşfəşanlıqla dəfn etdiyi azərbaycanlı təyyarəçi

Fərrux ağa Məmmədkərim ağa Qayıbov 1891-ci ildə Qazaxın  Qıraq Salahlı kəndində  anadan olub. Qədim Ağalar nəslinin davamçısı Fərrux ağa Məmmədkərim ağa Qayıbovun şəcərəsi orta əsrlərə, XV əsrə gedib çıxır. Bu nəslin parlaq nümayəndələrindən biri də böyük şair  Molla Vəli Vidadi (Qayıb) olub. 
Yeri gəlmişkən,görkəmli sərkərdə  Əliağa Şıxlinskinin həyatyoldaşı Nigar Qayıbova da bu nəslin nümayəndəsidir. O, tarixə ilk azərbaycanlı şəfqət bacısı kimi daxil olub. Nəslin sonuncu məşhur nümayəndələrindən biri isə müstəqil Azərbaycan Respublikasının ilk baş prokroru İsmət Qayıbovdur.
Fərrux ağa Qayıbov atasını çox erkən yaşlarda itirib.O, dövrünün görkəmli maarifçisi olan əmisi Səməd ağa Qayıbovun himayəsində böyüyüb.  Fərrux ağa Qayıbovun təhsili ilə əmiləri xüsusən də Səməd  Qayıbov məşğul olub. O, Qazaxın Salahlı kəndində beşsinifli “rus-Azərbaycan məktəbi”ni bitirib. Daha  sonra  Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyub. 1910-cu ildə Tiflis Kadet Korpusunu əla qiymətlərlə bitirəndən sonra, Peterburqdakı üçillik Konstantin Topçuluq Məktəbinə daxil olub. Orada təhsili tamamlayandan sonra (1913-cü ildə) 39-cu artilleriya briqadasında xidmət edib.
Almanların atəşfəşanlıqla dəfn etdiyi azərbaycanlı təyyarəçi…
Fərrux ağa Qayıbov birinci Dünya Müharibəsi başlayanda Qərb cəbhəsində gedən hərbi əməliyyatlarda iştirak edib.
1916-cı ilin sentyabrın 12-də İlya Muromets hərbi hava gəmisinə yeni döyüş tapşırığı verilir — hazırda Belarus torpaqları olan Borına kəndi ətrafında cəmləşən alman hərbi qüvvələrinin mövqelərini bombalayaraq düşmənə ağır zərbə endirmək tapşırığı alır. 25 yaşlı həmyerlimiz üçün sonuncu olan bu tapşırıq zamanı Fərrux ağa həyatını itirsə də, göstərdiyi şücaətə görə ölümsüzlüyü qazanır.
Havada 4 alman qırıcısı ilə qarşılaşan Qayıbovun təyyarəsi düşmənlə qeyri-bərabər döyüşə girir. 3 alman qırıcısını məhv edən İlya Muromets təyyarəsi, aldığı zədələrdən yerə çırpılır. Bundan sonra 4-cü alman təyyarəsi də Qayıbovun açdığı atəşlərdən idarəetməni saxlaya bilməyərək yerə düşür.
Qüvvələr nisbəti fərqli olan döyüşü izləyən alman ordusu, təyyarəçimizin igidliyinə heyran qalır. Almanlar, düşmən də olsa, İlya Muromets təyyarəsinin heyətinin göstərdikləri şücaəti dəyərləndirərək öz əsgərləri kimi dəfn edir, hətta təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar. Poruçik Qayıbovun göstərdiyi qəhrəmanlıq 1916-cı ilin Çar Rusiyası mətbuatında, hətta alman qəzetlərində də geniş işıqlandırılır.(azedu.az)

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …