Ana səhifə / Cəmiyyət / “Almanlar SSRİ-ni dağıtmaq istəyirdilər, bəs Putin nə istəyir?“

“Almanlar SSRİ-ni dağıtmaq istəyirdilər, bəs Putin nə istəyir?“

Bu gün Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatın 6-cı günüdür və bu müharibənin nə ilə nəticələnəcəyi hələ ki, bəlli deyil.

Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev Rusiya ilə Ukrayna müharibəsinə münasibət bildirib. O, istənilən müharibənin özü ilə faciələr gətirdiyini deyib:

“Müharibənin sonu necə bitəcək deyə bilmərəm. Mən sadəcə günahsız insanlara üzülürəm, o insanlara yazığım gəlir. O qədər şəhərləri heç nəyin üstündə dağıtdılar. Belə şey olmaz. Sosial şəbəkələrdə yayılan görüntülərə baxıram, körpə uşaqların ağlaşması adamın ürəyini dağlayır. Özü də heç nəyin üstündə müharibə edirlər. İki qardaş xalq nəyin naminə savaşır? Mən bu müharibəyə çox pis baxıram. Rusların bu hərəkəti bütün dünyanı narazı salıb, çünki onlar doğurdan da haqsızdırlar, onlar işğalçıdırlar.  Söz tapıb deyə bilmirəm… Heyif…”

Aktyor qeyd edib ki, Vladimir Putin mənasız müharibə aparır və qadağan olunmuş silahlardan istifadə edir:

“Mən Kiyevdə olmuşam, çox gözəl şəhərdir. Amma indi Kiyev dağıntılar altındadır. Belə şey olmaz axı. Nəyə görə? O vaxt almanlar hücum etdi, SSRİ-ni dağıtmaq istəyirdilər, həmin vaxt müharibə anlaşılan idi. Bəs indi nəyə görədir? Ukrayna NATO-nun üzvü olacaq deyəmi? NATO-nun üzvləri onsuz da qonşu ölkələr – Polşa, Pribaltika ölkələridir.

Ukrayna xalqı mübarizə aparır, əzmlə vuruşur, amma ruslar istifadəsi qadağan olan raketlər atırlar. Nə olub? Nə xəbərdir? Mən bu müharibəni pisləyirəm, bütün dünya buna qarşıdır. Axırı nə olacaq bilmirəm, yəqin ki, bu məsələni siyasətçilər həll edəcək, amma onu bilirəm ki, Putinin əli qana batdı, özü də dəhşətli qana”.

https://youtube.com/watch?v=wQI9QvXanK0

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …