Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Almaniyada qadının evindən 54 saxta Azərbaycan pasportu tapılıb

Almaniyada qadının evindən 54 saxta Azərbaycan pasportu tapılıb

Almaniyanın Düsseldorf şəhərinin hava limanında Azərbaycan vətəndaşlarının bu ölkəyə qanunsuz girişini təşkil etməkdə ittiham olunan azərbaycanlı qadın saxlanılıb.

Virtualaz.org alman kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, 51 yaşlı qadın ən azı 7 nəfərin Almaniyaya qanunsuz girişini təşkil etməkdə günahlandırılır. Bu xidmətlərinə görə o, təxminən 30 min avro qazanc əldə edib. Gettingen şəhərinin prokurorluğu sözügedən qadının həbsinə order verib. Hazırda o saxlanılıb.

Mənbəyə əsasən, cinayət əməlləri 2016-cı ilin yanvar ayından sentyabrına qədər törədilib. Faktlardan biri Bakıdakı turizm agentliklərindən biri vasitəsilə Praqaya səfər etmiş yeni ailəvi cütlüklə bağlıdır. Belə ki, onlar Çexiya səfirliyindən bu ölkəyə bal ayına getmək üçün viza alıblar.

2016-cı ilin iyun ayında cütlük Praqadan Almaniyaya yollanıb. Biletlər əvvəlcədən ittiham olunan qadın tərəfindən alınıbmış. Almaniyada qadın yeni evlənmişlərin pasportlarını əllrindən alıb və onlar Bilefeld şəhərindəki sığınacaq tələb etmiş şəxslərin yerləşdirildiyi mərkəzə gətiriliblər. Bu xidmətinə görə qadın cütlükdən 2500 avro alıb.

2016-cı ilin sentyabrında azərbaycanlı qadın 3 nəfərdən ibarət ailəyə kömək edib və qarşılığında 10300 avro alıb. Bu halda da azərbaycanlılar Almaniyaya Çexiya vasitəsilə keçiblər.

Üçüncü hal da 2016-cı ilin sentyabrında baş verib. Bu dəfə azərbaycanlılar Dortmunda Budapeştdən gəliblər və sənədlərini 19200 dollarla birlikdə ittiham olunan qadına veriblər. Onlar da əvvəlkilər kimi, Bilefelddəki mərkəzə çartdırılıblar.

İstintaq güman edir ki, qadının digər analoji cinayət əməllərində də iştirakı var, belə ki, onun mənzilində aparılmış axtarış nəticəsində 54 Azərbaycan pasportu və sürücülük vəsiqələri tapılıb. Araşdırma davam edir.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …