Ana səhifə / Cəmiyyət / “Ali təhsil proqramları kolleclərdə tətbiq ediləcək” – RƏSMİ

“Ali təhsil proqramları kolleclərdə tətbiq ediləcək” – RƏSMİ

“Gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur”.

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Ali təhsildən gözləntilər” mövzusunda keçirilən seminarda deyib.

Nazirliyin şöbə müdiri bildirib ki, hazırda ixtisasların təsnifatı hazırlanır: “Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya edilməlidir”.
Hər iki təsnifatın eyniliyinin vacibliyinə toxunan Y.Piriyev qeyd edib ki, məqsəd bakalavr ali təhsilinə rəvan keçidi təmin etməkdir: “Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın”. (report)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …