Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Ali Məhkəməyə namizədliyi irəli sürülmüş hakimlər – SİYAHI

Ali Məhkəməyə namizədliyi irəli sürülmüş hakimlər – SİYAHI

Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin olunacaq.

Bu barədə Milli Məclisə təqdimat daxil olub. Bakı Apelyasiya Məhkəməsinin hakimləri Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev Ali Məhkəməyə hakim postuna gətiriləcəklər.

Şirvan Apelyasiya Məhkəməsinin sədrinin müavini Ələsgər Novruzovun, Gəncə Apelyasiya Məhkəməsinin İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun, Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimləri təyin olunacağı gözlənilir.

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.  /Modern.az

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …