Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Ali Məhkəmə vəkilin şikayətini təmin etmədi

Ali Məhkəmə vəkilin şikayətini təmin etmədi

Ali Məhkəmə vəkil Yalçın İmanovun kassasiya şikayətini təmin etməyib.

Vəkillər Kollegiyasının Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərardan şikayətinə hakim Rahib Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə baxılıb.

Yalçın İmanov bildirib ki, Ali Məhkəmə Gəncə İnzibati-iqtisadi Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. “Bu ölkə daxilində son məhkəmə çəkişməmdir. Bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsində hüquqlarımı bərpa etməyə çalışacam,”- deyə o, qeyd edib.

2017-ci ilin noyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyəti Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib və onun vəkillik fəaliyyəti dayandırılıb. 2019-cu il fevralın 22-də Gəncə İnzibati-iqtisadi Məhkəməsi Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verib. Mayın 17-də Gəncə Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Yalçın İmanov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarının ləğvi üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə də müraciət edib. Məhkəmə iddiaya baxmayıb. Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu qərarları qüvvədə saxlayıb.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …