Ana səhifə / Cəmiyyət /  Alxanlı qətliamına Rusiya azərbaycanlıları diasporundan anlaşılmaz laqeydlik…

 Alxanlı qətliamına Rusiya azərbaycanlıları diasporundan anlaşılmaz laqeydlik…

 

Er­mə­nis­ta­nın Ru­si­ya­da­kı sə­fir­li­yi­nin qar­şı­sın­da ak­si­ya ke­çi­ri­lib. Ak­si­ya­nı Azər­bay­ca­nın di­as­por fəa­lı Sət­tar Qəm­bə­rov təş­kil edib. O, əlin­də Azər­bay­can bay­ra­ğı iyu­lun 4-də Fü­zu­li­nin Al­xan­lı kən­din­də Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin ar­til­le­ri­ya atə­şi nə­ti­cə­sin­də hə­lak olan iki­yaş­lı Zəh­ra Qu­li­ye­va­nın qan için­də olan cə­sə­di­nin fo­to­la­rın­dan iba­rət “Uşaq qa­til­lə­ri” ya­zı­lan pla­kat­la Er­mə­nis­tan sə­fir­li­yi­nin qar­şı­sın­da tək­ba­şı­na eti­raz edib.
S.Qəm­bə­rov bu ad­dı­mı ilə Er­mə­nis­ta­nın ci­na­yət­kar rəh­bər­li­yi­nin iç üzü­nü Ru­si­ya ic­ti­ma­iy­yə­ti­nə gös­tər­mək is­tə­di­yi­ni bil­di­rib: “Ru­si­ya əha­li­si Er­mə­nis­ta­nın uşaq qa­ti­li ol­du­ğu­nu bil­mə­li­dir. Ru­si­ya te­le­vi­zi­ya­la­rı, xə­bər agent­lik­lə­ri bu ba­rə­də heç nə gös­tər­mir və yaz­mır. Küt­lə­vi eti­raz ak­si­ya­sı ke­çir­mə­yə də ica­zə ver­mir­lər. Ona gö­rə də bu yol­la tək­ba­şı­na Er­mə­nis­tan döv­lə­ti­nə öz eti­ra­zı­mı bil­di­ri­rəm. Ru­si­ya­da ya­şa­yan bü­tün azər­bay­can­lı gənc­lər mə­nim­lə həm­fi­kir­dir. Er­mə­ni ter­ro­ru­na son qo­yul­ma­lı­dır. Uşaq qa­ti­li olan Er­mə­nis­tan rəh­bər­li­yi cə­za­lan­dı­rıl­ma­lı­dır”.
S.Qəm­bə­rov ak­si­ya ke­çi­rən za­man Er­mə­nis­tan sə­fir­li­yin­dən heç kim ona ya­xın­laş­ma­ğa cü­rət et­mə­yib. Sə­fir­li­yin mü­ha­fi­zə­si­ni təş­kil edən hər­bi ge­yim­li əs­gər­lər bi­na­nın də­mir bar­maq­lıq­la­rı ar­dın­dan S.Qəm­bə­ro­vu mü­şa­hi­də edib­lər.
Azər­bay­can­lı gənc di­as­por fəa­lı­nın eti­raz ak­si­ya­sı ət­raf­da­kı in­san­la­rın ma­ra­ğı­na sə­bəb olub. Pay­taxt sa­kin­lə­ri fo­to­da­kı kör­pə­nin ha­ra­da və kim­lər tə­rə­fin­dən öl­dü­rül­dü­yü ilə ma­raq­la­nıb.
Əs­lin­də, bu gən­cin fə­da­kar­lı­ğı bir çox su­al­la­ra da yol açır. Mə­lum­dur ki, azər­bay­can­lı­la­rın xa­ric­də kom­pakt ya­şa­dı­ğı öl­kə­lər­dən bi­rin­ci­si Ru­si­ya­dır. Qey­ri-rəs­mi mə­lu­mat­la­ra gö­rə, hə­min öl­kə­də 2 mil­yo­na ya­xın soy­da­şı­mız ya­şa­yır. Be­lə olan hal­da, ni­yə bu cür ta­le­yük­lü mə­sə­lə­yə han­sı­sa gənc tək re­ak­si­ya ver­mə­li­dir? Ru­si­ya­da­kı di­as­po­run pas­siv­li­yi­ni Ümum­ru­si­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si­nin bağ­lan­ma­sı ilə əla­qə­lən­dir­mək olar­mı?

Dün­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si ic­ra apa­ra­tı­nın rəh­bə­ri Sa­mir Adı­gö­zəl­li “Bakı-Xəbər”ə  açıq­la­ma­sın­da bil­dir­di ki, de­yi­lən ha­di­sə­dən onun özü də bərk na­ra­hat­lıq ke­çi­rib:

“Er­mə­ni­lər tə­rə­fin­dən qət­lə ye­ti­ri­lən kör­pə uşa­ğın fa­ciə­li fo­to­la­rı bü­tün dün­ya­ya səs sal­dı. Er­mə­nis­ta­nı it­ti­ham edən çox cid­di bə­ya­nat­lar ve­ril­di. An­caq bü­tün bun­lar­la ya­na­şı, xa­ric­də­ki di­as­por fə­al­la­rı­mı­zın, xü­su­si­lə də təş­ki­lat­la­rı­mı­zın üzə­ri­nə bö­yük yük dü­şür­dü. Or­ta­da bü­tün dün­ya­nın lə­nət­lə­di­yi fakt var. 2 yaş­lı kör­pə ağır ar­til­le­ri­ya zər­bə­si­lə öl­dü­rü­lüb. Tək­cə onun fo­to­su is­tə­ni­lən öl­kə­də fəa­liy­yət gös­tə­rən Er­mə­nis­tan sə­fir­li­yi önün­də ak­si­ya ke­çir­mək üçün əsas ve­rir­di. An­caq tə­əs­süf­lər ol­sun ki, biz bu is­ti­qa­mət­də di­as­por təş­ki­lat­la­rı­nın zə­if­li­yi­ni mü­şa­hi­də et­dik. Fərd­lər da­ha çox fə­al gö­rün­dü. Ru­si­ya­da bir nə­fə­rin fər­di şə­kil­də eti­ra­za qalx­ma­sı hə­min öl­kə­də­ki di­as­por qu­rum­la­rı üçün ba­şu­ca­lı­ğı gə­tir­mir. Mən bu­nu sırf ÜAK-ın qey­diy­ya­tı­nın ləğv olun­ma­sı fak­to­ru­na bağ­la­maz­dım. Çün­ki Ru­si­ya­da­kı azər­bay­can­lı­lar yal­nız hə­min qu­ru­mun ət­ra­fın­da bir­ləş­mir. Bir çox baş­qa təş­ki­lat­lar da var. Yə­ni han­sı­sa qu­ru­mun sə­fir­li­yin önü­nə 50-60 nə­fər çı­xar­ma­sı bə­yəm prob­lem­dir? Tə­əs­süf­lər ol­sun ki, biz ey­ni ha­lı baş­qa öl­kə­lər­də də mü­şa­hi­də edi­rik. Mə­sə­lən, bu gün gör­düm ki, Gür­cüs­tan­da­kı Er­mə­nis­tan sə­fir­li­yi qar­şı­sın­da bir qrup tə­lə­bə eti­raz ak­si­ya­sı ke­çi­rib. Bu hal­la­rı da al­qış­la­maq la­zım­dır. An­caq ağır­lı­ğı təş­ki­lat­lan­mış di­as­por qu­rum­la­rı öz üzə­ri­nə gö­tür­mə­li­dir”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın