O, AzNews.az-a açıqlamasında bildirib ki, səhhətinin qəfil pisləşməsinə səbəb, bir müddət öncə İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərdar Əliyevlə arasında yaşanan münaqişədir:

“Biz onunla münaqişə etdik. Həmin vaxt səhhətim pisləşdi. Bir neçə gün sonra həkim mənə infarkt keçirdiyimi bildirdi…

Məni bu günə o qoydu. Sərdar Əliyev məni hamının yanında təhqir etmişdi. Aramızda yaranan münaqişə rəhbərlik səviyyəsində müzakirəyə çıxarıldı. İftixar müəllim bizi onunla barışdırdı. Amma artıq ürək öz işini görmüşdü. Ürəyimin funksiyası çox aşağı düşüb”.

Qeyd edək ki, İrəvan Dövlət Dram Teatrının aktyoru bir neçə gün öncə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Hazırda aktyor Mərkəzi Klinikanın kardiologiya şöbəsində müalicə olunur.