Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Akif İslamzadə bahalaşmada xalqı günahlandırdı: “Zibilliklər çörəklə doludur”

Akif İslamzadə bahalaşmada xalqı günahlandırdı: “Zibilliklər çörəklə doludur”

Dünyada olduğu kimi ölkəmizdə də bahalaşma davam edir. Ümumiyyətlə, il ərzində bahalaşma tendensiyası heç bir ay da səngiməyib, əksinə, hər keçən ay müddətində bir az da yüksələn xətt üzrə inkişaf edib. İlin başa çatmasına isə getdikcə az vaxt qalır. 2022-ci il yaxın tarix ərzində ən böyük bahalaşma ili olaraq yadda qalacaq. 

Bəs görəsən, böyük hissəsi özü bazarlıq etmədiyini deyən sənət adamları bahalaşmadan xəbərdardırmı? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Akif İslamzadə bu bahalaşmanın birbaşa israfçılıqla əlaqəli olduğunu deyib:

“Elə mən də marketə, bazara getməyən sənətçilər sırasındayam. Ona görə hansı məhsulların qiymətinin artdığından, bahalaşmadan xəbərim yoxdur. Amma bilirəm ki, bahalaşma bütün dünyada gedir. Bu proses hər yerdə gedir və bu hələ başlanğıcdır. Vəziyyət daha da pisləşəcək. Bunun qarşısını almaq üçün başını aşağı salıb işləmək, güclü olmaq lazımdır. Qıtlıq zaman-zaman hər cəmiyyətdə olur, bu dünyada gedən proseslərdən asılıdır. Ona görə də xalqımız daha zəhmətkeş olmalı, çörəyin qədrini bilməlidir. Gedin küçələrdəki zibil yeşiklərinin ətrafına baxın, görün, nə qədər çörək tullanır. İsrafçılıq bütün dünyada yayılıb, içi mən qarışıq hər kəs israfçılıq edir.

30 il bundan əvvəl ayda 1 kiloqram yağ verirdilər, talonla insanlara ət verirdilər, bəs onda necə dolanırdılar? Bütün bu hadisələrin səbəbi israfçılıqdır, məsələnin kökündə məhz bu dayanır”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …