Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Akif Çovdarovun kürəkəni MTN-dəki vəzifəsindən qovuldu – Həbsinə hazırlıq gedir

Akif Çovdarovun kürəkəni MTN-dəki vəzifəsindən qovuldu – Həbsinə hazırlıq gedir

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildikdən sonra, onun ikinci kürəkəni, əslən Borçalının Qaçağan kəndindən olan, MTN şöbə rəisi, polkovnik-leytenant, Rəşad Əmircan oğlu Əmircanov, Milli Təhlükəsizlik Nazirinin 1-ci müavini, nazir səlahiyyətərini icra edən Mədət Quliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb və sərəncama göndərilib.

Avopa.info-ya daxil olan məlumata görə, həmçinin Baş Prokurorluq Milli Antikorrupsiya İdarəsi Rəşad Əmircanovun Badamdarkdakı villasında və Bakın digər bölgələrindəki evlərində axtarışlar aparıb.

Rəşad Əmircanova məxsus Badamdardakı 1 milyon dollarlıq villa möhürlənib. Rəşad Əmircanov əvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, sonrdan Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəsisi təyin edildikdən sonra, mafioz qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib.

Hüquq mühafuzə orqanları polkovnik-leytenant Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğu təxmin edir.

Yaxın saatlar ərzidnə Rəşad Əmircanovun da həbs ediləcəyi gözlənilir.

Rəşad Əmircanov, 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumu və haqqında söz-söhbət gəzən gizli “Qaçağan klanı”nın əsas simalarından birdir.

Eldar Mahmudovun “kassiri” və terminatoru olan general-mayor Akif Çovdarovun kürəkəni MTN-nin eks-şöbə rəisi, polkovnik-leytenant, Rəşad Əmircanovun yaxın qohumları barəsində, onların Eldar Mahmudov və Akif Çovdarov bandası ilə əlaqələrinin olub-olmaması ilə bağlı Antikorrupsiya İdarəsi və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ciddi araşdırma başladılıb.

Bu barədə Avropa.info-ya hüquq-mühafizə qurumlarındakı etibarlı mənbə məlumat verib. Məlumatda deyilir ki. Rəşad Əmircanovun yaxın qohumu, məclislərdə “Generalın”( Akif Çovdarovun “şərəfinə” daimi təriflər söyləyən və qudası Akif Çovdarovla fəxr edən edən Dəmir Bankın idarə Heyətinin sədri Roman Əmircanovun və Dəmir Bankın fəaliyyəti ciddi araşdırılır.

Roman Əmircanov hazırda Buzovnadakı bağ evindən kənara çıxmır və dərin psixoloji depressiyadadır.

Mənbə qeyd edir ki, respublika Prokuroluöunda artıq müfəssəl məlumat var ki, Akif Çovdarovun bandası, kürəkəni Rəşad Əmircanov və DəmirBank İH sədri Roman Əmircanov vasitəsiylə külli miqdarda maliyyə vəsaitlərini məhz qudası adı çəkilən bankda leqallaşdırıb.

Həmçinin külli miqdarda maliyyəni Dəmir Bank vasitəsiylə Qafqaz İnkişaf bankının Tiflis flilalına köçürüb.

Mənbə yaxın zamanlarda DəmirBank İH sədri Roman Əmirçanovun son olaylarla bağlı həbs ediləcəyini bildirib. Hazırda onun ciddi nəzarərtə alındığı qeyd edilir.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın