Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Akif Çovdarov: “Mənimlə birgə tutduqlarınızı buraxın, nəyə desəniz, qol çəkəcəm”

Akif Çovdarov: “Mənimlə birgə tutduqlarınızı buraxın, nəyə desəniz, qol çəkəcəm”

Akif Çovdarovun məhkəməsi davam edir. Sabunçu Rayon Məhkəməsində keçirilən məhkəmə prosesinə jurnalistlər buraxılmır.

Musavat.com-un əldə etdiyi məlumata görə, hazırda davam edən prosesdə prokuror ittiham aktını elan edib.

Prosesdə Akif Çovdarovun vəkillərindən Sadiq Rəsulov bir neçə vəsatətlə çıxış edib. Vəsatətlər Akif Çovdarov barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, cinayət işinə xitam verilməsi və Akif Çovdarov barəsində tibbi ekspertizanın təyin olunması ilə bağlı olub.

Məhkəmə vəsatətlərdən sonuncusunu qismən təmin edib. Belə ki, vəkil vəsatətdə Akif Çovdarovun xaricdən gətirilən mütəxəsislər tərəfindən tibbi müayinədən keçirilməsini istəyib. Lakin məhkəmə Çovdarovun məhkəmə-tibbi ekspertizası tərəfindən müayinədən keçirilməsini təmin edib.

Məhkəmədə Çovdarovun digər vəkili Şahin Rəfiyev cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyib. Məhkəmə onun bu vəsatətini təmin etməyib.

Əldə etdiyimiz digər məlumata görə, Akif Çovdarov məhkəməyə yenə oksigen balonu ilə gətirilib. O, ittiham aktı elan edilməmişdən əvvəl məhkəməyə müraciət edib.

Akif Çovdarovun dediklərindən sitat: “Mənimlə birgə tutduqlarınızı buraxın, nəyə desəniz, qol çəkəcəm. Oxuduğunuz hökmlə razılaşıram”.

Hazırda məhkəmə prosesi davam edir. Saat 11:00-da başlayan məhkəmə prosesində nahar fasiləsi belə verilməyib. Məhkəmə zalında vəkillər kartof qutabı yeyərək prosesdə iştirak etməyi davam ediblər.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın