Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Akif Çovdarov hədələdi: “Agentlərin adlarını açıqlayacağam”

Akif Çovdarov hədələdi: “Agentlərin adlarını açıqlayacağam”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov açıq şantaja keçərək, keçmiş MTN-in agentura şəbəkəsini ifşa etməklə hədələyir.

Keçmiş MTN generalının bəyənatı onun vəkili Sadiq Rəsulov tərəfindən yerli mətbuatda yayımlanıb.

“Mən büdcədən ayrılan pulları mənimsəməmişəm, onlar agentura şəbəkəsinə sərf olunan pullardır. Əgər mən bu mövzuya danışmağa başlasam, onda Azərbaycanda biabırçı vəziyyət yaranacaq. Mənə qarşı ittiham aktında göstərilən bütün pullar 2013-2015-ci illərdə agentura şəbəkəsinə xərclənib”, – Akif Çovdarov bəyanatında bildirir.

Akif Çovdarov həmçinin deyib ki, əgər ifadə verməyə başlayacaqsa, onda bununla xüsusi xidmət orqanlarının bütün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ifşa ediləcək.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın