Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Ailəsi Ermənistana sığınan Şahin Mirzəyevdən imtina etdi

Ailəsi Ermənistana sığınan Şahin Mirzəyevdən imtina etdi

Ailəsi Ermənistandan “müvəqqəti sığınacaq” istəyən Talış Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü Şahin Mirzəyevdən imtina edib.
Bu barədə azvision.az-a Ş.Mirzəyevin atası, 92 yaşlı Sayil Niyaz oğlu Mirzəyev bildirib. O, Şahin Mirzəyevlə uzun müddətdir əlaqə saxlamadığı deyib.
“6 aydan çox olar ki, onunla bütün əlaqələr kəsmişəm. Xəstəlik adı ilə Gürcüstana getdiyini bilirdim. Mən 65 il müəllim işləmişəm, Azərbaycan dövlətinə bağlı insanam. Biz Azərbaycanın çörəyi ilə böyümüşük. Mənim tələbələrim, şagirdlərim, akademiyalarda, universitetlərdə çalışırlar. Biz Azərbaycan dövlətini dəstəkləyir və ölkəmizlə qürur duyuruq.
Mən onun tutduğu yola nifrət edirəm. Bu səbəbdən Şahin Mirzəyevdən imtina etmişəm. Bunu özü də bilir. O, ailəsinə, dövlətinə qarşı nankorluq eləyib. Heç vaxt onu bağışlamayacağam. Biz hamımız azərbaycanlıyıq, ölkəmizdə firavan, heç bir problem olmadan yaşayırıq. Dövlətimizdən narazılığımız yoxdur, ola da bilməz. Mən Azərbaycandakı inkişafı, problemlərin həll edilməsini öz gözlərimlə görürəm. Ölkəmiz inkişaf edir, günü-gündən çiçəklənir”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın