Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / AĞSTAFA RAYON İCRA HAKİMİYYƏTİ  HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ İŞLƏTDİYİ FƏHLƏLƏRİN 2000 MANATINI VERMİR

AĞSTAFA RAYON İCRA HAKİMİYYƏTİ  HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ İŞLƏTDİYİ FƏHLƏLƏRİN 2000 MANATINI VERMİR

Ağstafa rayon İcra Hakimiyyəti  rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində fəhlə kimi işlətdiyi adamların zəhmət haqqını ödəmək istəmir. Azinforum.az-ın əldə etdiyi məlumata görə, işin aparılmasına dair sövdələşmə Rasim adlı şəxslə İcra Hakimiyyətinin müavinlərindən birinin arasında olub.

Rəsmi şəxslər “Sədərək” bazarından aldıqları “kovralitin” pulunu tam ödədikdən sonra, ortaya həmin “kovralit”in necə döşənməsinə dair problem çıxıb.  Rasim bu işin pulla görüldüyünü bildirib. Hər kvadrat metr üçün ödənişin ediləcəyinə dair razılaşma əldə olunandan sonra, fəhlələr işə başlayıb. İş bitəndən sonra, icra hakimiyyəti rəsmiləri fəhlələrə ödəməli olduqları 2000 manatı vermək istəmirlər. İş icraçısı olan fəhlələr bildirir ki, məsələdən icra başçısının da tam məlumatlı olmasına əmindirlər. Azinforum.az-a müraciət edən fəhlələr bizdən bu məsələnin ictimailəşdirməsini xahiş ediblər ki, bəlkə problemlərinə əncam tapılar.

Mövzu ilə bağlı Ağstafa rayon İcra Hakimiyyətinə ünvanladığımız suallara cavab verən tapılmadı. Qarşı tərəf kimi onları da dinləməyə hazırıq.

P.S. Qeyd edək ki, Azinforum.az saytında bizim mövzuya toxunmağımızdan sonra, bu məsələ ölkənin bir çox elektron KİV-ləri tərəfindən işıqlandırıldı. Bu gün redaksiyamızla əlaqə saxlayan fəhlələr bildirdilər ki, gördükləri işlə əlaqədar onlara çatacaq vəsaitlə bağlı anlaşılmazlıq artıq öz həllini tapıb.

M.MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın