Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Ağır xəbərlərdən sarsılan Arif Babayevin səhhəti pisləşdi

Ağır xəbərlərdən sarsılan Arif Babayevin səhhəti pisləşdi

Xalq artisti, tanınmış xanəndə Arif Babayev Gəncədə baş verən iğtişaşlardan narahatlıq hissi keçirdiyini deyib.

Yenicag.az-a açıqlama verən sənətkar xəbəri eşidəndən sonra təzyiqinin qalxdığını deyib. O, baş verən hadisələri dövlətçiliyimizə uzanan xain əl kimi dəyərləndirib: “Bu xəbər mənə çox pis təsir etdi. Xəbəri eşidəndən bəri halım özümdə deyil, dünəndən təzyiqim qalxıb, dərman içirəm. Bu araqarışdıran insanların dərdi nədir, nə istəyirlər. Əmin-aman, firavan ölkədə yaşayırıq, bizim bir dərdimiz var, o da Qarabağı almaq. Bu hadisə dövlətçiliyimizə uzanan xain əldir. Biz əlbir olmalıyıq, dövlətimizin ətrafında sıx birləşməliyik. Necə yəni, polisi qətlə yetirmək? O polislər xalqımızın asayişi keşiyində dayanan insanlardır. Cinayəti törədənlər öz layiqli cəzalarını almalıdır”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …