Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Ağdaşdakı “Mal bazarı”nda kütləvi dava olub

Ağdaşdakı “Mal bazarı”nda kütləvi dava olub

Ağdaş rayonundakı “Mal bazarı”nda kütləvi dava olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, Ağdaş və Tərtər sakinləri arasında başlayan mübahisə davaya çevrilib. Nəticədə yüngül və ağır xəsarət alanlar olub.

Başından ağır zərbə alaraq yaralanan Ağdaş rayonu, Mürsəl kənd sakini 1976-cı il təvəllüdlü Həmidov Bəhruz Əhmədiyyə oğlu təcili xəstəxanaya çatdırılıb. Onun başına tikiş qoyulub. Yaralının durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …