Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ağcabədidə evdən qəribə səslər gəlir (VİDEO)

Ağcabədidə evdən qəribə səslər gəlir (VİDEO)

Ağcabədinin Şahsevən kəndində yaşayan Əliyevlər ailəsi naməlum hadisə ilə üzləşib.

Qaranlıq düşən kimi evdən qəribə səslər gəlir. Gecə saatlarında isə bu səslər daha da çoxalır. Ev sahibi Səməndar Əliyev deyir ki, bu hadisə təxminən 10 il əvvəl də olub və sonradan səslər kəsilib. Son 2 ayda isə yenidən evin zirzəmisindən müxtəlif səslər gəlməyə başlayıb.

Ailə üzvləri evdə hansısa varlığın gəzdiyinə inanırlar. Mətbəxdə qablardan səslərin gəlməsi isə onların qorxularını daha da artırıb. Bu hadisədən xəbər tutan kənd sakinləri bunu müxtəlif cür yozublar. Bəziləri bunu evdə cinlərin olması ilə əlaqələndiriblər. Ev sahibləri isə buna inanmır.

Ev sahibi bununla baglı sadəcə din xadimlərinə müraciət edib. Gecələr çıxan müəmmalı səslər isə hələ də davam edir.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …