Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ağalar Vəliyevlə nazir qardaşının davası… – Deputatın şirkəti uduzdu

Ağalar Vəliyevlə nazir qardaşının davası… – Deputatın şirkəti uduzdu

Binəqədidə yanan binanın təmirinə cavabdeh olan “Azəraqrartikinti” ASC təkcə orada yaratdığı problemlərlə gündəmdə deyil.

Deputat Ağalar Vəliyevin rəhbərlik etdiyi “Azəraqrartikinti” ASC Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentinə də 63.700 manat (Altmış üç min yeddi yüz manat) ödəməlidir:

“Artıq bu vəsaitin ödənilməsi məhkəmə qərarı ilə qanuni qüvvəyə minib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyeva bu yaxınlarda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının qüvvədə saxlamaqla, borcun qanuni qüvvəyə minməsini təmin edib. İndi Ağalar Vəliyevin yeganə yolu Ali Məhkəməyə müraciət etməkdir. Ancaq çətin ki, Ali Məhkəmə iki məhkəmə instansiyasının qərarının ləğv eləsin…”.

Xatırladaq ki, sözügedən borc DSMF-yə yığılıb qalan məcburi sosial sığorta haqqıdır. Ancaq ASC rəhbərliyi bu pulu ödəməkdən yayınıb. Buna görə də Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti ilə “Azəraqrartikinti” ASC arasında məhkəmə çəkişməsi yaşanıb. Hətta 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə ASC-yə qarşı 63.700 manatlıq borc iddiasını təmin edilib. Ancaq Ağalar Vəliyevin rəhbərlik etdiyi ASC bu qətnamə ilə barışmaq niyyətində olmayıb və apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsində ötən həftə keçirilən iclasda isə DSMF bir daha haqlı çıxıb.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentinin rəisi Şiraslan Əsədovdur. O, kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.

Sonda onu da qeyd edək ki, Binəqədidəki yanan binanın təmiri üçün Prezident sərəncamı ilə 5 milyon manat pul ayrılıb. Lakin binanın təmirində işləyən fəhlələr zəhmət haqlarını ala bilməmələrindən şikayətləniblər.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın