Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Ağadadaş Ağayevdən xəbər var: “Əhvalı yaxşıdır”

Ağadadaş Ağayevdən xəbər var: “Əhvalı yaxşıdır”

Türkiyədə müalicə olunan Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.

Aparəcı Nuran Hüseynov sosial şəbəkədə Xalq artistinin vəziyyətinin yaxşı olduğunu qeyd edib. N.Hüseynov yazıb ki, Ağadadaşın əhvalını yaxşı görüb: “Belə məqamlarda insan üçün vacib olan motivasiyadır.
Mən Ağadadaşa heç vaxt xəstə yatağı yaraşdırmazdım. Özünə də eləcə dedim. “Sənə yataq yox, səhnə yaraşır”. Gülümsündü. “Tezliklə görüşərik” dedi. Allah şəfa versin!”

Xatırladaq ki, Xalq artisti Ağadadaş Ağayev bir neçə gün öncə İstanbuldakı xəstəxanaların birində əməliyyat olunub. Sənətçinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Musavat.com

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …