Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Afaq Bəşirqızının ölüm ayağında olan aktyora dedikləri qəzəb doğurdu

Afaq Bəşirqızının ölüm ayağında olan aktyora dedikləri qəzəb doğurdu

Xalq artisti Afaq Bəşirqızının ağır xərçəng xəstəliyindən əziyyət çəkən aktyor Novruz Qartal haqqında açıqlamasıında səsləndirdiyi fikirləri cəmiyyətdə böyük qınağa səbəb olub.

Aktrisa açıqlamasında uzun illərdir eyni teatrda işlədiyi və eyni səhnəni bölüşdüyü Novruz Qartalın səhhətinə laqeyd yanaşıb:

“Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?” – deyə bildirib.

Mövzu ilə bağlı AZXEBER.COM-un əməkdaşı yenidən xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb. Xalq artisti isə dediyi fikirlərin üzərində qaldığını bildirib:

“Mən bu suala cavab vermişəm. Bütün cavablarım yayımlanıb. Bu mövzuda məni narahat etməyin” deyib.

Xalq artistinin bu iddialarına qarşı Novruz Qartalın həyat yoldaşı Zərqələm Əliyeva saytın “Afaq Bəşirqızı ilə Novruz Qartal arasında hansısa bir münaqişə olubmu? sualına “xeyir” cavabını verib və əlavə edib:

“Novruz qadın həmkarları ilə heç vaxt mübahisə belə etməzdi. Öz işini görən, illərdir bu sənətdə olan adamdır. Afaq Bəşirqızı niyə elə deyib, bilmirəm. Amma insanlar onun bu çıxışına cavab verirlər. Mən də başım açılsın, daha geniş danışacam” deyə cavab verib.

Z.Əliyeva mətbuat nümayəndələrinə aktyorla maraqlandıqları üçün təşəkkür edib: “Özünüz də gəlib çəkə bilərsiniz. Kirayədə yaşayırıq. Vəziyyətimiz çox ağırdır. Onun özünün bu gün real xəstəliyi ilə bağlı məlumatı yoxdur. Allah böyükdür! Aktyor yoldaşları, teatrdakı işçilər tez-tez gəlirlər”

Qeyd edək ki, Novruz Qartal bağırsaq xərçəngindən əziyyət çəkir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …