Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Afaq Bəşirqızı: “Onu eşidəndə bədənim əsirdi”

Afaq Bəşirqızı: “Onu eşidəndə bədənim əsirdi”

“Xocalı hadisəsi hər birimizin beyninə və ürəyinə saplanan bir zərbədir, sağalmaz yaradır. Xocalı faciəsindən neçə il keçməsinin əhəmiyyəti yoxdur, bu yara hələ də qanayır. Biz bunun unudulmasına heç vaxt icazə verməyəcəyik. Çünki əsrlər boyu ermənilərin Azərbaycan xalqına qarşı tutduğu bu mövqe, bu qətliamlar bir Xocalı ilə bitmir. Amma o vaxt beynəlmiləl, beynəlxalq sakit, dost, bir-birini sevən xalq sözləri ilə bizim xalqımızın yarısını sildikləri kimi bu yaraları da beynimizdən silməyə çalışıblar”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı Xocalı soyqırımı ilə bağlı fikirlərində qeyd edib. Aktrisa faciə ilə bağlı fikirlərinə belə davam edib:

“Nənəmin o vaxtı ermənilər haqqında danışdığı o hadisələri xatırlayıram: gəlinlərin bellərində samovar qaynadırdılar, uşaqları analarının qarnından bıçaqla yarıb çıxarırdılar və süngünün başına keçirirdilər. Onda mənim bədənim əsirdi, lakin təsəvvür edə bilmirdim ki, niyə belə deyir. Amma Xocalı faciəsinin canlı şahidi olandan sonra çox gözəl başa düşürəm ki, bu nədir. Mən bu faciəni bütün nəslimə, övladlarıma ətrafıma, tamaşaçılarıma hər dəfə təkrar edirəm ki, biz bu faciəni unutmayaq, unutdurmayaq. Düşmənə düşmən deməyi bacaraq. Bu ifadəni beynimizə və ürəyimizə həkk etməliyik.

Allah müharibədə canını verən qocalarımız, cavanlarımız, gəlinlərimiz, qardaşlarımız, körpələrimizə qəni-qəni rəhmət eləsin. Hər dəfə Xocalı hadisəsi gələndə mən heç vaxt yaddan çıxarmıram, Xocalı hava limanının rəisi bir tək yalın əllə, bir tapança ilə vuruşdu və qəhrəmancasına həlak oldu. Orada canını qoyan bütün oğullarımıza söz verməliyik ki, hələ bu 44 günlük müharibədə sizin tam qanınızı ala bilməmişik, hələ sizin qanınızı yerdə qoymamaq bizim boynumuzun borcudu. Allah o günləri bizə nəsib etsin. Bizim indi bir-birimizi deyil, düşmənləri mühakimə etmək vaxtımızdır. İndi bizim bir mühakiməmiz və bir mübarizəmiz olmalıdı, o da düşmənə qarşı”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …