Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / ADU-nun professor-müəllim heyəti müraciət etdi… -“Əl çəkin bu yoldan…”

ADU-nun professor-müəllim heyəti müraciət etdi… -“Əl çəkin bu yoldan…”

ADU-nun professor-müəllim heyətinin müraciətini təqdim edirik:
Ümummilli Lider Heydər Əliyev deyib: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Bəli, müəllimlik çoxşərəfli peşədir, şərəfli olduğu qədər də mürəkkəb və məsuliyyətli vəzifədir.
“Müəllim” ərəb dilindən tərcümədə “dərs keçən, tədris edən”, geniş mənada Azərbaycan dilinin izahlı lüğətində “tədris ocağında hər hansı bir fəndən dərs deyən adam, nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən” deməkdir.
Bütün bu izahlar Kamal müəllimə aiddir. Kamal müəllim bir çox nəsillərə “Ümumi Dilçiliyə giriş” fənnindən dərs deyib, öz növbəsində bizə də. Kamal müəllim həmişə elmdə düzgün yol göstərib, həyatda nəsihət və öyüd verən olub, bizə bu peşəyə sevgi ilə yanaşmağa öyrədib, ağıl verən olub.
Kamal müəllim – ilk növbədə İnsandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəni sevəndir, uşaqları, gəncləri xalqın və vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Professorlar, müəllimlər hər bir cəmiyyətin elitasıdır, bu insanlar ölkənin inkişafını, onun gələcəyini müəyyən edirlər”.
“Azərbaycanın Elmi Elitası” (müxtəlif ixtisaslar üzrə) Elmlər Doktorların Məlumat Kitabçasında akademik, professor, filologiya elmləri doktoru – Kamal Mehdi oğlu Abdullayev (551 nömrəli) böyük yaradıcı yol keçib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ilin iyun ayının 1-də, məhz Uşaqların Beynəlxalq Müdafiəsi günündə universitetimizə müvafiq Fərmanı ilə Kamal Abdullanı rektor kimi təyin etməsi Azərbaycan Dillər
Universitetinin professor-müəllim heyəti üçün böyük şərəfdir. O gün ADU-nun professor-müəllimləri, habelə tələbələri az qala toy-bayram abu-havasını yaşadı.
Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə XX-ci əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində işə ilk dəfə olaraq APİ-də müstəqil xarici dillər kafedrası yaradılmışdır. Böyük Vətən müharibəsindən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici Dillər fakültəsinin bazasında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu açıldı. İnstitutun inkişafına həmişə böyük qayğı göstər göstərmiş Ümummilli Lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutu fəaliyyəti genişləndirilməklə Azərbaycan Dillər Universitetinə çevrildi.
Belə ki, Azərbaycan Dillər Universiteti təməli qoyulan gündən şərəfli yol keçir. Bizim məzunlarımız Azərbaycan Respublikasının Prezident Administrasiyasında, Nazirlər Kabinetində, bütün nazirliklərdə, məsələn: Xarici İşlər, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman, Ədliyyə, İqtisadiyyat, Fövqəladə Hallar, Müdafiə Sənayəsi, Dövlət Təhlükəsizlik Xidmətində və Daxili İşlər, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, hətta Vergilər Nazirliyində, həmçinin nüfuzlu beynəlxalq statuslu neft və qaz şirkətlərində, respublikasının bütün ali və orta təhsil ocaqlarında, o cümlədən: Azərbaycan Diplomatiya Akademiyası, Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və s. kimi şərəflə öz peşə biliklərini təqdim edərək tərcüməçi və ya müəllim kimi, habelə müxtəlif səfirliklərdə diplomat kimi ADU-nu təmsil edirlər. Zənnimizcə, bu təkzibolunmaz faktı danmaq mümkün deyil!
ADU-nun sabit dekanı olaraq V.Ağabəyli bəyan edir ki, universitetimizin məzunları savadsızdır, diplom alandan sonra xarici dil öyrənmək üçün kurslara yazılırlar.
1) Əgər bu reallıqdırsa bəs siz necə özünüzü savadlı sayırsız?
Azərbaycan xalqı dünyada böyük mənəvi-əxlaqi və etik normalarının gözlənilməsinə malik olan etnos kimi tanınır. Qloballaşan dünyada respublikamızda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır. Multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçirilir. Müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var.
Azərbaycan Dillər Universiteti strateji əhəmiyyət kəsb edən aparıcı təhsil müəssisəsidir. Bu ali təhsil ocağının müəllimlərinə mübahisə, dava, şər-böhtan və digər xoşagəlməyən hallar sadəcə yaraşmaz!
Uzun zaman ərzində ADU-nun adına və şöhrətinə, onun rəhbərinin adına və nüfuzuna, Elmi və Müdafiə Şuralarının üzvlərinin ad, şərəf və ləyaqətlərinə təhqiredici və şər-böhtan xarakterli söz-söhbətini ümumrespublika miqyasında müzakirələrə çıxartmısız. Bu ADU-nun əməkdaşları üçün xoşagəlməz faktdır.
Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz gələcəyini, ümidini müəllimə etibar edir.
2) Hansı valideyn istəyər ki, onun övladı qalmaqallı bir tədris ocağında təhsil alsın?
ADU-nun reytinqi düşməyində və bu iftira imicə görə sizə “sağ ol” deməliyik…
3)V.Ağabəyli özü oturub düşünsün ki, nə edir…
İnsanın heyvan aləmindən əsas fərqli cəhətlərindən biri, fizioloji, psixiki, sosial inkişafının qanunauyğunluqlarını əks etdirən xüsusi psixiki prosesin mövcuduğudur, o da nitq adlanır. Nitq – insanın kommunikativ fəaliyyətinin
növüdür, müəyyən qaydalar əsasında yaranan dil konstruksiyaları vasitəsilə tarixi formalaşan insanların ünsiyyət formasıdır.
V.Ağabəylinin nə haqqı var ki, KİV-nin bəzi qəzetlərində, sosial şəbəkələrdə nalayiq ifadələr, sözlər, şərhlər işlədir?
4) Bəs sizə həmin hər gün adı çəkilən Kamal Abdulla həyatınıza “yaşıl işıq” yandıranda niyə başıyuxarı gəzirdiz, şikayət etmirdiz? Sizə irad tutulan kimi niyə belə qalmaqal qaldırdınız, və bir budaqda oturub yüz budaq sirkələyirsiz?
ADU-nun Elmi və Müdafiə Şuralarının üzvlərinin ünvanına iftiraları, xoşagəlməz ifadələri səsləndirməklə özünüzə şərəf gətirmirsiz, ən azı ona görə ki, siz dissertant olaraq məhz burada müdafiə etmisiz və xeyirxah Müdafiə Şurasının bütün üzvləri sizə müxtəlif mərhələlərdə təmənnasız köməklik göstərib.
5) Bəşəri evlad nankor olmamalı, həyatda ona heç olmasa bir dəfə yaxşıllıq edən Allah bəndəsinin xeyirxah əməyini unutmamalıdır!
8.06.2019-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən V.Ağabəyli ADU-nun Linqvokulturologiya kafedrası üzrə Dosent elmi adını almağa layiq görülüb. Vəsatəti isə həmin o, Kamal Abdulla qaldırıb və ADU-nun rektoru kimi xahiş edib ki, bu adı V.Ağabəyliyə verilsin. Ən azı siz bu qədər nankor olmayın!
6) Haqq-ədələt məsələsinə gələndə V.Ağabəyli dekan təyin olmağına layiq deyildi, çünki ali təhsil məktəblərinin təlimatında yazılıb ki, dekan seçkisində filologiya üzrə Elmlər doktoru, professor, olmasa filologiya üzrə fəlsəfə doktoru, dosent seçilə bilər. V.Ağabəylinin müdafiə edən insanlar bilir ki, o vəzifəyə təyin ediləndə heç filologiya üzrə fəlsəfə doktoru deyildi!
Çox təəssüf ki, həqiqi ürək ağrısı və xəcalət hissi ilə ADU-nun müəllimləri Vüsalə Ağabəyliyə müraciət edirik: Yalan ayaq tutar, lakin yeriməz! – Lies have short legs. / What is done by night appears by day. – У лжи короткие ноги. / На
лжи далеко не уедешь. / Всё тайное становится явным. / Шила в мешке не утаишь.
Qloballaşan dünyada hal-hazırda şou, qalmaqal və şər-böhtan atmaq siyasəti dəbdədir. Lakin Müəllim peşəsində çalışan insanlar bundan uzaq olmalıdır ən azı üç səbəbdən:
1. Biz – Azərbaycanlıyıq, müsəlmanıq!
2. Müəllim – peşəsi, Ümummilli Liderimiz demişkən, ən şərəfli peşədir!
3. Qadın- Xanım olaraq, “abır-həya” anlayışını yaddan çıxarmaq olmaz! Ən azı nankor olmayın!
Yaşadığımız həyatda hər bir məsələdə fəlsəfi, mənəvi-etik problemlər, tərəflər, məqamlar mövcuddur. “Atalar üçdən deyib” zərb məsəlini çox eşitmişik. “Üçölçülük” anlayışı təsadüfi hal deyil. Ən azı ona görə ki, bizim həyatımızda üç rəqəmi ilə biz tez-tez rastlaşırıq. Məsələn,
həyatın əsas kateqoriyası: doğum – həyat – ölüm;
təfəkkürdə: ideya – fikir – hərəkət;
zamanda: keçmiş – indiki – gələcək,
dində: ALLAH – insan – şeytan,
ədəbiyyatda: tarix – müasirlik – mistik, fantastik, tanımadığımız həyat.
“Üçölçülük” nəzəriyyəsini qəbul edərək, hesab edirik ki, müasir insan, və şəxsən siz, həyatı, hərəkəti, gələcəyi, insanlığı düşünməlisiz… Necə deyirlər: İnsanı insandan fərqləndirən İnsanlığıdır (Viktor Hüqo); kimisə hörmət etmək və ya etməmək – sizin şəxsi işinizdir, lakin hörmətlə yanaşmaq – sizin tərbiyənizdir; Beauty is not in the face, it is a light in the heart.
Və sonda Səməd Vurğunu yada salaraq: “Arxalıya arxa durma deməsinlər yamaqdı, arxasıza arxa durki desinlər ki dayaqdı”. Biz sizə müraciət edirik:
Never stop learning because life never stops teaching! Uşaqlarınızı düşünərək, əl çəkin bu yoldan. Azərbaycan qadını kimi vaxtınızı ailəyə, uşaqların tərbiyə və təhsilinə, elmə və özünüzə sərf edin.
1. ADU-nun Təhsil fakültəsinin “İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1” kafedrasının professoru, filologiya üzrə Elmlər doktoru Nigar Çingiz qızı Vəliyeva
2. ADU-nun Elm şöbəsinin müdiri, dosent, filologiya elmləri üzrə fəlsəfə doktoru Sevda Rafiq qızı İmanova
3. Təhsil fakültəsinin Təlimdə innovasiyalar kafedrasının müdiri, dosent, filologiya elmləri üzrə fəlsəfə doktoru Aytən Məhəmməd qızı Bayramova
4. Təhsil fakültəsinin Mülki Müdafiə və Tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent, biologiya üzrə fəlsəfə doktoru Sevda Xasay qızı Zamanova
5. Təhsil fakültəsinin Pedaqoqika kafedrasının müdiri, dosent, pedaqoqika üzrə fəlsəfə doktoru Nigar Eldar qızı Zeynalova
6. Təhsil fakültəsinin İngilis dilinin qrammatikası kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Fəridə Məhəmmədəli qızı Allahverdiyeva
7. Təhsil fakültəsinin İngilis dilinin qrammatikası kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Xatirə Etibar qızı Süleymanova
8. Təhsil fakültəsinin İngilis dilinin qrammatikası kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Şəfaqət Abdulla qızı Mahmudova
9. Təhsil fakültəsinin İngilis dilinin qrammatikası kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Səadət Tapdıq qızı Nuriyeva
10. Təhsil fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 2 kafedrasının baş müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Dürrə Ərəstun qızı Həşimova
11. Təhsil fakültəsinin İngilis dilinin fonetikası kafedrasının baş müəllimi Gülnarə Zubeyir qızı Rəhimova
12. Filologiya və jurnalistika fakültəsinin Xarici dillər kafedrasının baş müəllimi Leyla Eldar qızı Seyidzadə
13. Təhsil fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının baş müəllimi Nigar Rafael qızı Bəşirova
14. Təhsil fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının baş müəllimi Ülviyyə Azər qızı Əhmədova
15. Təhsil fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının baş müəllimi Tahirə Əli qızı Məhərrəmova
16. Təhsil fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının baş müəllimi Elnarə Telman qızı Məmmədova
17. Təhsil fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının baş müəllimi Kəmalə Müslət qızı Dünyamalıyeva
18. Təhsil fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 2 kafedrasının baş müəllimi Təranə Afət qızı Zeynalova
19. Təhsil fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 2 kafedrasının baş müəllimi Aynur Əfsər qızı Quliyeva
20. Təhsil fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının dissertantı Rəna Kamil qızı Xəlilova
21. Təhsil fakültəsinin İngilis dilinin tədrisi metodikası kafedrasının müəllimi Könül Tahir qızı Fərəcbəyli
22. Tərcümə fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının müəllimi Zinhar Əzizağa qızı İsmayılova
23. Tərcümə fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının dissertantı Nərminə Arif qızı Fətəliyeva
24. Tərcümə fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının dissertantı Mələk Bəhram qızı Xəlilova
25. Tərcümə fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının doktorantı İlhamə Məmməd
26. Tərcümə fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının qiyabi doktorantı Aynurə Şöhrət qızı Xanlarova
27. Tərcümə fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının dissertantı Nurlana Eldəniz qızı Quliyeva
28. Tərcümə fakültəsinin Xarici Dillər kafedrasının laborantı, dissertant Həqiqət Mübariz qızı Hüseynova
29. Tərcümə fakültəsinin İngilis dilinin Leksikologiyası və Üslubiyyatı № 1 kafedrasının doktorantı Dəyanət Sabir oğlu Ağayev.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …